Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-68/2024 27.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı X2 cavabdehlər Qazax Rayon Notariat Ofisinə və X6 qarşı “əqdin, alqı-satqı müqaviləsinin ləğv edilməsi və nəticələrin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin ərizəsinə 27 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X7 ilə X9 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə- 884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələri ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi, cavabdeh X1 şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, X3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq X5 verilməsi qət edilmişdir. Göstərilən qətnamə 07 avqust 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 saylı icra sənədinə ləğv edilməsi qeyd olunan ********** qeydiyyat nömrəli çıxarışın cavabdeh X8 aid olmamasına dair hissəsində izah verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göstərilən maddənin tələbinə əsasən, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 saylı qətnaməsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun izah verilməsi barədə ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266- 269 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi X11 Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 saylı icra sənədinə izah verilməsi barədə ərizəsi təmin olunmasın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-68/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-68/2024
27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver