Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-69/2023 01.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax rayon Məhkəməsinin 2(023)-215 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ 21061” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-215 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5528 manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədinin icrasını könüllü təmin olunması məqsədi ilə Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin, borclu tələbi könüllü icra etməmişdir. Bu səbəbdən də məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına əmlakın olub olmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və sorğuya cavabında Borclu adına “VAZ 21061” minik markalı, ** CC *** dövlət nişanlı avtomobilin qeydiyyatda olması məlum olmuş və Qazax rayon Məhkəməsinin 8(023)-14/2022 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21061” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan icra sənədi üzrə borcun tam olaraq ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-215 saylı xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, Borclu 5528 manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-14/2022 saylı xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-215 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün, Borclu məxsus “VAZ 21061” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Qazax Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Borclu cəmiyyətə olan borcu tam ödənilmişdir. Odur ki, bank icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Qazax rayon Məhkəməsinin 2(023)-1171 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “VAZ 21061” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Qazax rayon Məhkəməsinin 2(023)-215 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ 21061” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-69/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-69/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver