Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-69/2024 27.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı X2 cavabdeh X3 qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsinə izah verilməsi barədə Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 ərizəsinə 27 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qazax Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Qazax Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli 2(023)-49/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldıqdan sonra X1 xx.xx.2006-cı ildə anadan olmuş X7 və xx.xx.2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ayda hər uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat aliment və xx.xx.2006-cı ildə anadan olmuş X6 müalicəsi üçün 05 fevral 2019-cu ildən başlayaraq ayda 50 (əlli) manat əlavə xərc tutulub X4 verilməsi, X1 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göstərilən qətnamə 29 may 2019-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 17 sentyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 24 aprel 2019cu il tarixli 2(023)-423/2019 saylı icra sənədinə əsasən borxlu X1 50 manat müalicə xərcinin tələbkar X2 xeyrinə tutulub-tutulmaması barədə izah verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göstərilən maddənin tələbinə əsasən, Qazax Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(023)-423/2019 saylı icra sənədi üzrə Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izah verilməsi barədə ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266- 269 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Qazax Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(023)-423/2019 saylı icra sənədinə izah verilməsi barədə ərizəsi təmin olunmasın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-69/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-69/2024
27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver