Məhkəmə qərarları › İş №8(023)-7/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-7/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-7/2024 29.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və İcra məmuru X1 iştirakı ilə Borclu məcburi gətirilməsi barədə Qazax rayon icra və probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Qazax Rayon Məhkəməsinin 2(023)-1369/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 2800 manat məbləğində pul və 48 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Göstərilən iş üzrə icra sənədi xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin vaxtdan icraya yönəlmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla müraciət edərək göstərmişdir ki, Borclu Qazax Rayon İcra Və Probasiya şöbəsinə məcburi gətirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu borcunun ödənilməsi üçün ona vaxt verilməsini və hissə-hissə ödəyəcəyini bildirmişdir. Qanunua müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, icra məmurunun və borclunun izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İcra sənədi üzrə borcun ödənilməsi və icra sənədinin icrası ilə əlaqədar Borclu yaşadığı Qazax rayonu, Xanlıqlar kəndinə dəfələrlə rəsmi bildirişlər göndərilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışına gəlməmiş, habelə gəlməmisinin səbəblərinin üzrlü olması barədə icra qrupuna heç bir rəsmi sənəd təqdim etməmişdir. Bununla Borclu icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərini həyata keçirməkdən üzrsüz səbəbdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə sasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1369/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu icra məmurunun çağırışına üzrsüz səbəblərdən gəlmədiyindən Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1977-ci ildə doğulmuş, Qazax rayonu, Birinci Şıxlı kəndində yaşayan Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar