Məhkəmə qərarları › İş №8(023)-72/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-72/2025

05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-72/2025 05.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Borclu iştirak ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun əmlakı üzərinə həbs qoyulması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1327/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məxsus olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət eydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatda qeyd edilmişdir ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Qazax rayon məhkəməsinin 2023)-1327 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu David adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancınn 1/4 hissəsi miqdarında aliment həmçinin David adlı uşaq 3 yaşına çatanadək ana üçün 50 manat sabit pul məbləğində aliment alınıb Tələbkar xeyrinə ödənilməlidir.Hazırda icra sənədi üzrə aliment borcu 2300 manat təşkil edir. İcra sənədi xx.xx.2023-cü il tarixli qərarla icraata qəbul edilərək icraya yönəldilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən Borclu tələbin dərhal icrası üçün vaxt verilmiş və bu barədə Qazax rayon icra və probasiya şöbəsinə dəvət edilərək xəbərdar edilmişdir. Həmin müddət başa çatdıqdan sonra göstərilən tələbin məcburi qaydada icra ediləcəyi göstərilmişdir.Edilmiş sorğu nəticəsində Borclu məxsus “Mercedes Benz 180” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus Mercedes Benz 180' minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə təqdimatı təmin etməyinizi xahiş edimişdir. Məhkəmə iclasəında iştirak edən Borclu bildirdi ki, maddi imkanı olmadığından aliment öhdəliyini yerinə yetirə bilmir. "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilli 4-5 ay bundan əvvəl etibarnamə əsasında 2500 manata satmışdır. 6 aydır aliment ödəmir. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-1327/203 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, Borclu David adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancınn 1/4 hissəsi miqdarında aliment həmçinin David adlı uşaq 3 yaşına çatanadək ana üçün 50 manat sabit pul məbləğində aliment alınıb Tələbkar xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 1327/2023 saylı icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan Borclu ünvanlanmış xx.xx.2023-cü tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddətində vaxt verilmişdir. Təqdimata əlavə edilmiş «Elektron İcra sistemi» məlumatlarından görünür ki, "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillr Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən tələb könüllü icra edilmədiyindən məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1327/2023 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar