Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-75/2024 01.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi İcra şöbəsinin rəisi X3 və Tələbkarın nümayəndəsi X2 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakın üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-1200/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu və X1 cəmi 14160,55 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixli qərarlarla icraata qəbul edilərək icraya yönəldilmişdir. Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-1200/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası zamanı icra və probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə icranı təmin etmək üçün Borclu məxsus olan “Ford Fusion” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında Borclu barəsində borclunun əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli avtomobil nəqliyyat məlumatlarının elektron sorğusuna əsasən Borclu məxsus olan “Ford Fusion” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması qeyd edilmişdir. İş materiallarında olan, icra məmuru Tural Nəbiyev Borclu ünvanladığı bildirişlərin surətindən müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-1200/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin Qazax rayon icra şöbəsində icraatı balanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin e-2(073)- 1200/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu və X1 cəmi 14160,55 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu məxsus olan “Ford Fusion” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-75/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-75/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver