Məhkəmə qərarları › İş №8(023)-78/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-78/2024

01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-78/2024 01.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)- 1270/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan 2 baş balalı inəyin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-1270/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1336 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Borcluya edilmiş xəbərdarlığa baxmayaraq borclu borcu ödəməkdən qərəzli şəkildə yayınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə aidiyyatı orqanlara sorğular edilmiş və nəticədə “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus 2 baş balalı inək müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Belə ki, iş materiallarına icra məmuru tərəfindən icra sənədi üzrə Borclu ünvanlanmış tələbin könüllü icrası haqqında 22 iyul 2024-cü il tarixli bildiriş və 16 avqust 2024-cü il tarixli xəbərdarlıq əlavə edilsə də, həmin sənədlərin borclu tərəfindən qəbul edilməsi, ümumiyyətlə borclunun icra hərəkətlərindən məlumatlı olması, həmçinin həmin tarixdən sonra icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Bununla da icra məmurunun icra sənədinin icrası ilə bağlı qanununda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə tələbin yönəldilməsinə yol verilmir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu məxsus 2 baş balalı inək borclunun mülkiyyətində olan yeganə əmlakdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına əsasən icra sənədi icra olunarkən tələbin həmin əmlaka yönəldilməsinə yol verilmir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun, üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetirilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-1270/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Borclu məxsus 2 baş balalı inək üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar