Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-79/2024 02.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi sədrliyi Məhkəmə iclas katibi katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, X1, onun nümayəndəsi və vəkili X3, Borclu iştirakı ilə, İddiaçılar X2 cavabdehlər qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ərizəsinə 02 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 14 mart 1993-cü ildə vəfat etmiş, mərhum X13 və 29 dekabr 1998-ci ildə vəfat etmiş X4 qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət mirasın X14 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, 14 mart 1993-cü ildə vəfat etmiş, mərhum X5 və 29 dekabr 1998-ci ildə vəfat etmiş X4 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə X9 vərəsəlik payının tam olaraq müəyyən edilməsi, 03 yanvar 2011-ci ildə vəfat etmiş, mərhum X6 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997- ci il tarixli 10 nömrəli qərarına əsasən X9 və X10 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsi X9 payına düşən hissəsindən və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və X10 ümumi birgə mülkiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9 payına düşən hissəsindən ibarət mirasın X7 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, 03 yanvar 2011-ci ildə vəfat etmiş, mərhum X6 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və X10 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X9 payına düşən hissəsinə və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və X10 ümumi birgə mükiyyətinə verilmiş, Qazax rayonu, Birimi Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9 payına düşən hissəsinə X2 vərəsəlik payının tam olaraq müəyyən edilməsi qət edilmişdir. Göstərilən qətnamə 03 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 18 noyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)-554/2023 saylı icra sənədinin hansı dövlət qurumu tərəfindən icra edilməsi hissəsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 ərizəni müdafiə edib, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)- 554/2023 saylı icra sənədinin hansı dövlət qurumu tərəfindən icra edilməsi hissəsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 icra sənədinin heç bir dövlət qurumu tərəfindən icra edilmədiyini bildirərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2, onun nümayəndəsi və vəkili X12 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İsmayılova (Əzizova) Sona Qayvalı qızı ərizənin təmin olunmasına etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göstərilən maddənin tələbinə əsasən, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin ərizəsi təmin edilməli, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)-554/2023 saylı icra sənədinin Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən icra olunmalı kimi izah verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266- 269 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin ərizəsi təmin edilsin. Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)-554/2023 saylı icra sənədinin Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən icra edilməsi barədə ona izah verilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-79/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-79/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver