Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-8/2024 29.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi X2 və Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 iştirakı ilə X2 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-24/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-24/2022 saylı qətnaməsi üzrə tələbkar X8 ödəməli olduğu ümumilikdə 5246,80 manat pulun hissə-hissə, hər ay 200 manat ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X9 ərizəsində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-24/2022 saylı icra sənədi üzrə borc məbləği onun təqüdündən hər ay 50% tutulmasını və bugünədək 940 manat məbləğində ödəniş etməsini qeyd etmişdir. O veterandır və İ Qarabağ müharibəsində iştirak etmişdir. X18 da İ qrup Qarabağ müharibəsi əlilidir. Oğlunun da köməyi ilə hər ay 300 manat məbləğində ödəniş etməyə imkanı olmasını qeyd etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında X3 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, icra sənədi üzrə tələbkara aylıq 300 manat olaraq ödəməsi barədə hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 3(023)-15/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X2 Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-278/2018 saylı qətnaməsi a qismən iddianın təmin edilməmiş birgə nikah dövründə mal-qaranın saxlanması üçün inşa edilmiş tövlənin tikintisinə çəkilmiş xərcdə payının müəyyən edilməsindən imtina edilməsi hissəsində ləğv edilməsi və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılması, iddiaçı X6 cavabdeh X9 ilə birgə nikah dövründə inşa etdirdikləri tövlənin 2623,60 manat təşkil edən dəyərinin yarısı-1311,80 (bir min üç yüz on bir manat 80 qəpik) manat pul (ümumilikdə 5246,80 manat) cavabdeh X4 X7 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, borclu X1 dəfə xx.xx.2024-cü il tarixdə İcra Probasiya təyinatı üzrə 500 AZN ödəniş etməsi barədə qəbz vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamə hissə-hissə icra olunarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Göründüyü kimi, həm Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-24/2022 saylı qətnaməsinə dair çıxarılmış, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işi üzrə X4 tutulmalı olan pulun məbləği 5246,80 manat miqdarında müəyyən edilsin və həmin pul hissə-hissə, ayda 300 manat X4 tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-8/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-8/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver