Məhkəmə qərarları › İş №8(023)-80/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-80/2024

03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-80/2024 03.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İcra məmuru X10 Borclu X4 və X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-1270/2024 nömrəli icra vərəqəsinə əsasən borclu X2 1336 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu alınıb tələbkar X7 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)- 1270/2024 nömrəli icra vərəqəsinin icrası zamanı icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş borclu X5 məxsus “Opel Astra” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X11 borclu X3 barəsində verilmiş borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X6 onun barəsində verilmiş təqdimatın qanuna müvafiq qərar qəbul edilməsini istədi. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, borclunun, tələbkarın və Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Nəbiyevin izahatını dinləyib hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, borclu X12 əmlak məlumatlarına əsasən onun adına Qazax rayonu, Qazaxbəyli kəndində 0,08 ha həyətyanı, yaşayış məntəqələrinin torpaq sahəsi olması göstərilmişdir . Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli İcraata başlama haqqında qərardadn görünür ki, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-1270/2024 nömrəli icra vərəqəsinə əsasən borclu X2 1336 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu alınıb tələbkar X7 xeyrinə verilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli Avtomobil nəqliyyat məlumatlarının elektron sorğusuna əsasən borclu X5 məxsus “Opel Astra” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin olması qeyd edilmişdir. İş materiallarında olan, Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-1270/2024 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, borclu X5 borcunu ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, borclu X3 borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-1270/2024 nömrəli icra sənədi üzrə borclu X5 məxsus “Opel Astra” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar