Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-81/2024 09.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və İcra şöbəsinin rəisi X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)-690/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu 11190 manat məbləğində pul və ödənilmiş 123,57 manat borcu cavabdehdən tutularaq Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)- 690/2024 nömrəli icra vərəqəsinin icrası zamanı icra şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş Borclu məxsus “Samand Se” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədovun izahatını dinləyib hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli Avtomobil nəqliyyat məlumatlarının elektron sorğusuna əsasən Borclu məxsus “Samand Se” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin olması göstərilmişdir . Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli İcraata başlama haqqında qərardadn görünür ki, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)-690/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu 11190 manat məbləğində pul və ödənilmiş 123,57 manat borcu cavabdehdən tutularaq Tələbkar xeyrinə verilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 2(023)-690/2024 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu kredit borcunu ödəməsi barədə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, Borclu borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)-690/2024 nömrəli icra sənədi üzrə Borclu məxsus “Samand Se” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-81/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-81/2024
09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver