Məhkəmə qərarları › İş №8(023)-81/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-81/2025

20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-81/2025 20.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, Tələbkar Əlizadə (Dursunova) Lalə Faiq qızının iştirakları ilə, Borclu mülkiyyətində olan «CHEVROLET AVEO» minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Qazax rayon İcra və probasiya şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(023)-7/2023 nömrəli və Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MMT(023)-4/2023 nömrəli qərardadları üzrə Borclu mülkiyyətində olan «CHEVROLET AVEO» minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatına olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2522 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən «CHEVROLET AVEO» minik markalı ** BB *** qeydiyyat nişanlı avtomobilin dəyəri 4027,80 manat pul Borclu alınıb tələbkar Dursunova (Əlizadə) Lalə Faiq qızının xeyrinə ödənilməlidir. Qazax rayon Məhkəməsinin 8(023)-7 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən Borclu adına “CHEVROLET AVEO” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Eləcə də Qazax rayon Məhkəməsinin MMT(023)-4/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu adına qeydə alnımış “Chevrolet Aveo” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilin özgənikləşdirilməsi Borclu qadağan edilmişdir. Hazırda icra sənədi üzrə borc tam olaraq ödənilmiş və iş üzrə icrata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatı müdafiə edərək bildirdi ki, Borclu Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2522 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borcunu tam ödəmişdir və iş üzrə icrata xitam verilmişdir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Əlizadə (Dursunova) Lalə Faiq qızı bildirdi ki, Borclu icra sənədinə əsasən ona olan borcunu tam ödəmişdir. Ona görə də, təqdimatın təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə Borclu mülkiyyətində olan «CHEVROLET AVEO» minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı qismən təmin edilməlidir. Belə ki, Borclu mülkiyyətində olan «CHEVROLET AVEO» minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-2522 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə qoyulmuşdur və hazırda həmin qərar tam icra olunduğuna görə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulmasına əsas olmuş hallar aradan qalxmışdır. Bundan başqa məhkəmə hesab edir ki, təqdimatın Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MMT(023)-4/2023 nömrəli qərardadına aid hissədə tələbkarın məhkəməyə müvafiq ərizəsi əsasında həll edilməli olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA LDİ: Təqdimat qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(104)- 2522/2022 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan «CHEVROLET AVEO» minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(023)-7/2023 nömrəli qərardadı ilə qoyulmuş həbs götürülsün. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar