Məhkəmə qərarları › İş №8(023)-83/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-83/2023

26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-83/2023 26.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-45/2022 saylı, 23 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus avtomobil üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-45/2022 saylı, 23 may 2022ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan «VAZ 21213» minik markalı ** BG *** qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-45/2022 saylı, 23 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 7372.35 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməlidir. İcrasənədi xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər məhkəmə icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Elektron İcra informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində «VAZ 21213» minik markalı ** BG *** qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 45/2022 saylı, 23 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 7372.35 manat kredit borcu və 30 manat dovlət rüsumu tutularaq "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Borclu izahatından görünür ki, o, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və icra sənədi barədə məlumatlandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq məhkəmə əmrində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalı və təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-45/2022 saylı, 23 may 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «VAZ 21213» minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar