Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-84/2025 27.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakı ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 995/2023 nömrəli icra sədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-995/2023 nömrəli icra sənədinə əsasən Borclu Aysu və İsmayıl adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 340 manat aliment pulu alınıb Tələbkar xeyrinə ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 5200 manat təşkil edir. İcra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğu üçün icraata daxil edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Borclu tələbin dərhal icrası üçün vaxt verilmiş və bu barədə borcluya bildiriş verilmişdir. İcra sənədinin icrası təmin etmək məqsədilə borclunun banklarda pul vəsaitinin olub-olmaması barədə sorğular icraası ilə bağlı borclunun evinə baxış keçirilmiş, lakin tələbi yönəldilə biləcək dəyərli əmlak aşakar edilməmişdir.Eləcə də bborclunun adına daşınar-daşınmaz əmlak olub-olmaması barədə sorğular olunsa da hec bir əmlak aşkar edilməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi ödəməkdən yayınır və tələbin ödənilməsi istiqamətində heç bir zəruri tədbirlər görmür. Beləliklə də, borclunun ölkədən getməsi icra sənədinin icra edilməsinə müəyyən çətinliklər yaradır. Bu səbəbdən də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iddia tələbini müdafiə edərək, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-995/2023 nömrəli icra sənədinin surətindən görünür ki, Borclu Aysu və İsmayıl adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 340 manat aliment pulu alınıb Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 995/2023 nömrəli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin dərhal icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra sənədinin verilməsindən ötən müddət ərzində icra sənədinin hər hansı üzrlü səbəb olmadan icra edilməməsini, borclunun tələbin yönəldilə biləcək əmlakının aşkar edilməməsini, bunun isə borclunun iştirakı olmadan icra sənədinin icrasını mümkünsüz hala gətirdiyini nəzərə alaraq hesab edir ki, icranı təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-995/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1978-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-84/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-84/2025
27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver