Məhkəmə qərarları › İş №8(023)-87/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-87/2024

10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-87/2024 10.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi və İcra şöbəsinin rəisi X2 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(023)-513/2021 nömrəli icra vərəqəsinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(023)- 513/2021 nömrəli icra vərəqəsinin icrası zamanı icra şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş Borclu məxsus olan “VAZ 21063” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədovun izahatını dinləyib hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, Borclu avtomobil nəqliyyat məlumatları barədə elektron məlumatların sorğusuna əsasən ona məxsus olan “VAZ 21063” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin olması göstərilmişdir . Belə ki, iş materiallarında olan, xx.xx.2021-ci il tarixli İcraata başlama haqqında qərardaddan görünür ki, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(023)-513/2021 nömrəli icra vərəqəsinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 2(023)-513/2021 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu kredit borcunu ödəməsi barədə bildiriş göndərilməsinə və izahatı alınmasına baxmayaraq, Borclu aliment borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(023)-513/2021 nömrəli icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21063” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar