Məhkəmə qərarları › İş №8(023)-89/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-89/2023

11.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-89/2023 11.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-98/2022 saylı, 31 yanvar 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobil üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-98/2022 saylı 31 yanvar 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan «VAZ 21063» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 15079 manat məbləğində pul alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Tələbkar icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Elektron İcra informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, borclu Tələbkar «VAZ 21063» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 98/2022 saylı 31 yanvar 2022-ci il tarixli icra vərəqinə əsasən Borclu və X1 15079 manat məbləğində pul alınıb Tələbkar ödənilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməsi tələb olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalı və təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar