Məhkəmə qərarları › İş №8(023)-89/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-89/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-89/2025 02.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 ilə, ərizəçinin nümayəndəsi Nümayəndə2, borclunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə X3nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) X9 məhkəməyə ərizə ilə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu onun xeyrinə sonrakı artımalar nəzərə alınmaqla ,hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.78 misli həddi uşaqlara ayrı-ayrılıqda tətbiq ediməklə ümumilikdə 624 manat sabit pul məbləğində aliment tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəni onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli ,2(023)-465/2019 nömrəli qətnaməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-1045/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Borclu qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün onun 140 manat ,cəmi 280 manat aliment alınaraq xx.xx.2013-cü ildə anadan olmuş Sinan və xx.xx.2015-ci ildə anadan olmuş Simran adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X7 ödənilməsi qət edilmişdir. Hal-hazırda alimentin məbləğinin dəyişdirilməsinə zərurət vardır. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(023)- 465/2019 nömrəli qətnaməsi qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 180 manat olmuşdur. Aliment 180 manat əmək haqqının yuvarlaq olaraq 0.78 misli həddində, yəni bir uşaq üçün 140 manat həcmində təyin edilməsini nəzərə alaraq, məhkəmə tərəfindən bir uşaq üçün 312 manat aliment təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi Nümayəndə1 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(104)-1045/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Borclu qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment alınaraq 17 yanvar 2013-cü il də anadan olmuş Sinan və 27 avqust 2015-ci il də anadan olmuş Simran adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X7 verilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Borclu həyat yoldaşı X6, oğlu Nümayəndə1li Elfaq oğludur. Ərizəyə əlavə olunmuş elektron çıxarışdan görünür ki, Borclu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsində operator, qaz paylayıcı stansiya vəzifəsində işləyir və əmək haqqısı 626,58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mənasına görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2019-cu il tarixdən 180 manat həddində müəyyən edilmişdir. Qeyd edilən sərəncamla müəyyən edilən məbləğ xx.xx.2019-cu il tarixədək dəyişdirilməmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2019-cu il tarixdən 180 manat həddində müəyyən edilməsi və xx.xx.2019-cu il tarixədək həmin məbləğin dəyişdirilməməsini nəzərə alaraq, ərizə təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)- 465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.78 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-nin 234.21-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası ailə qanunvericiliyinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq, məhkəmə hesab edir ki, indeksasiya olunmuş aliment ərizənin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 ərizəsi təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar