Məhkəmə qərarları › İş №8(023)-92/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-92/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-92/2023 19.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-13 saylı 19 iyul 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobil üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-13 saylı 19 iyul 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan «Langendorf» yarımqoşqu ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-13 saylı 19 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 28.490.05 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin ödənilməlidir. İcra sənədi Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. xx.xx.2022-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Elektron İcra informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində «Langendorf» yarımqoşqu ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-13 saylı 19 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 28.490.05 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin ödənilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməsi tələb olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalı və təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-13 saylı 19 iyul 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «Langendorf» yarımqoşqu ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar