Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-95/2023 24.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İcra məmuru X2 Tələbkar iştirakı ilə, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : ünvan 1 23 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2010-cu il tarixdə doğulan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat miqdarında aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. Göstərilən iş üzrə icra sənədi xx.xx.2023-cü il tarixdə Qazax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin vaxtdan icraya yönəlmişdir. Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla müraciət edərək, icra sənədi üzrə Borclu tapmaq mümkün olmadığını, borclunun əmlaklarının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün icra tədbirlərinin heç bir nəticə vermədiyini, Borclu ölkədən getməsi ilə əlaqədar icra sənədinin icra edilməsində ciddi çətinliklərin yaranacağını nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya icra məmuru Tural Nəbiyev təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tələbkarın məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon İcra və Probasiya icra məmuru Tural Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, 2(023)-833 saylı, 23 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2010-cu il tarixdə doğulan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat miqdarında aliment tutulub Tələbkar verilməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, icra şöbəsinin icra məmuru Tural Nəbiyevin Borclu ünvanladığı bildirişin surətindən müəyyən olunur ki, ünvan 1 xx.xx.2023-cü il tarixli icra vərəqəsinə Qazax Rayon İcra və Probasiya şöbəsində icraatı balanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəməi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə, ünvan 1 xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-95/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-95/2023
24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver