Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-98/2025 24.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi və İcra məmuru X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)-989/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu 51839 manat əsas və ödənilmiş 245,52 manat borcu cavabdehdən tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)- 989/2024 nömrəli icra vərəqəsinin icrası zamanı icra məmuru X təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş Borclu məxsus olan “DAF FTXF 105.460” minik markalı, ** LX *** VƏ “KRONE SDP 27” yarım qoşqu, ** ZB *** nişanlı avtomobilin üzərinə həbs qoyulmasını təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xtəqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xizahatını dinləyib hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, Elektron sistemdə Avtomobil nəqliyyat məlumatlarına əsasən Borclu məxsus olan “DAF FTXF 105.460” yük yarım qoşqu, ** LX *** nişanlı və “KRONE SDP 27” yarım qoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin olması göstərilmişdir . Belə ki, iş materiallarında olan, xx.xx.2025-ci il tarixli İcraata başlama haqqında qərardan görünür ki, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)-989/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu 51839 manat əsas və ödənilmiş 245,52 manat borcu cavabdehdən tutularaq Tələbkar xeyrinə verilməsi qət edilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 2(023)-989/2024 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu kredit borcunu ödəməsi barədə izahatı alınmış və bildiriş göndərilməsinə baxmayaraq, Borclu borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(023)-989/2024 nömrəli icra sənədi üzrə Borclu adına məxsus olan “DAF FTXF 105.460” YÜK yəhərli dartıcı, ** LX *** nişanlı və “KRONE SDP 27” yarım qoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-98/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-98/2025
24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver