Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-99/2023 03.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər 7030 manat pul alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Qazax rayonu Daş Salahlı kəndindəki ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2020-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Qazax Rayon Məhkəməsinin 2(023)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 7030 manat pul alınıb Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Qazax Rayon Məhkəməsinin 2(023)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Borclu adına ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, borcluya icra sənədinin icrası barədə xəbərdarlıq edilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan borcunu icra etməkdən və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Qazax Rayon Məhkəməsinin 2(023)- 553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu – Qazax rayonu Daş Salahlı kəndində yaşayan Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-99/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-99/2023
03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver