Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-115/2025 30.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Qax rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Qax rayon İcra və probasiya şöbəsinin 22 oktyabr 2024-cü il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi barədə» qərarından tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-i tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpul MMC şikayət ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayon İcra və Probasiya Şöbəsinin 8İ-20090 №li, 15 aprel 2024-cü il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-i tərəfindən, M.M.Mustafayev tərəfindən imzalanmış ərizə ilə işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, icra məmuru isə X2 məhkəmə iclasında iştirak edir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 №li Notariat ofisi tərəfindən Borclu barəsində 8İ-20090 №li, 15 mart 2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 135 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5-ci, maddəsinin tələbini rəhbər tuturaq «icraata xitam verilməsi haqqında» 22 oktyabr 2024-cü il tarixli qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, idarənin «icraata xitam verilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, qanunun 20.1, 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Mübahisələndirilən «icraata xitam verilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə 135 manat məbləğində pul vəsaiti Borclu pensiyasından tutularaq tələbkar BOKT "xxxx" MMC-in hesabına köçürülmüşdür. Qax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, sözü gedən icra vərəqəsi xx.xx.2024-cü il tarixində icraata götürülmüşdür. Bundan sonra elektron icra informasiya sistemi vasitəsilə Borclu pensiya müavinəti alıdığı müəyyən edilmişdir. Borclunun pensiyası Azpul BOKT MMC-yə yönəldilmiş və buna görədə icra vərəqəsinin icraatına xitam verilmişdir. Şikayətin təmin edilməməsin xahiş edir. Məhkəmə tələbkarın ərizəsini, icra məmurunun izahatını, Maraqlı şəxstərəfindən məhkəməyə təqdim edilmiş icraata xitam verilməsi haqqında qərarı nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməlidir. Aşağıdakı səbəblərə görə hesab edir ki, «icraata xitam verilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. «İcraata xitam verilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə 135 manat məbləğində pul vəsaiti Borclu pensiyasından tutularaq tələbkar BOKT "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarından müəyyən olunur ki, inkasso sərəncamları tam icra edilməmişdir. Borclu BOKT "xxxx" MMC-yə borcu 135 (bir yüz otuz beş) manat təşkil edir. İcra sənədi üzrə borc tam ödənilməmiş icra məmuru tərəfindən icraata xitam verilməsi barədə qərar qəbul edilərək icra sənədinin icraatına xitam verilmişdir. “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qaydaların 6.1-ci maddəsinə əsasən İnkasso sərəncamları ilə ödəniş əməliyyatlarının aparılması zamanı borclunun (ödəyicinin) ödəniş hesabına xidmət göstərən təchizatçı (icraçı təchizatçı) məcburi icra orqanları tərəfindən inkasso sərəncamlarına əlavə edilən icra sənədlərinə əsasən ödənişi ödəyicinin ödəniş hesabından mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) həyata keçirir. Həmin Qaydaların 6.8-ci maddəsinə əsasən ödəyicinin ödəniş hesabında vəsait olmadıqda və ya çatışmadıqda inkasso sərəncamı təchizatçı tərəfindən icraya qəbul olunduğu gündən 2 (iki) ay müddətində icraçı təchizatçıda saxlanılır. Bu barədə icraçı təchizatçı növbəti 2 (iki) iş günündən gec olmayaraq icra məmuruna yazılı bildiriş verir. Bu müddətdə inkasso sərəncamı tam və ya qismən icra olunmadıqda icraçı təchizatçının məsul şəxsi bu barədə icra sənədində qeyd yazır və öz imzası və ştampı ilə təsdiqləyərək müddət başa çatdığı gündən 2 (iki) iş günündən gec olmayaraq icra məmuruna təqdim edir. Həmin Qaydaların 6.11-ci maddəsinə əsasən inkasso sərəncamları Elektron icra informasiya sistemi vasitəsilə verildikdə inkasso sərəncamlarının qəbulu və icrası bu Qaydanın tələbləri nəzərə alınmaqla elektron formada aparılır. İş materiallarında inkasso sərəncamlarının tam icra olunmasına dair heç bir sübut yoxdur və icra məmuru tərəfindən borcun tam ödənilməsi üçün ardıcıl tədbirlər görülməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Belə olan halda icra məmurunun “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-in tərəfindən verilmiş Qax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 8İ-20090№li, 15 mart 2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 22 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət təmin edilsin. Qərardaddan təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №8(024)-115/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-115/2025
30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver