Məhkəmə qərarları › İş №8(024)-138/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-138/2025

13.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-138/2025 13.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(024)953/2015 №li məhkəmə əmrinə dair icra sənədinin qaytarılması barədə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li məhkəmə əmrinə əsasən Borclu 465.25 (dörd yüz altmış beş manat iyirmi beş qəpik) manat tutularaq kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Qax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li məhkəmə əmrinə əsasən icra sənədinin yenidən icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 22 avqust 2025-ci il tarixli məktuba əsasən sözü gədən icra vərəqəsi icra şöbəsində deyildir. “Elekron hökümət portalı” sistemindən əldə edilən məlumata əsasən Borclu hazırda işləyir. Hesab edir ki, Qax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li icra vərəqəsinin icra olunması üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li məhkəmə əmri üzrə icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Belə ki, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li məhkəmə əmrinə əsasən Borclu 465.25 (dörd yüz altmış beş manat iyirmi beş qəpik) manat tutularaq kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2 (024)953/2015 №li məhkəmə əmri Qax rayon İcra və Probasiya Şöbəsində mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2025-ci il tarixli Elektron hökumət portalı sistemindən çıxarışın surətindən görünür ki, Borclu hazırda əmək müqaviləsi əsasında "xxxx" MMC-də işləyir. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, ərizə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li məhkəmə əmri üzrə icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Qax rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)953/2015 №li məhkəmə əmri üzrə icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar