Məhkəmə qərarları › İş №8(024)-146/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-146/2025

08.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-146/2025 08.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimov Elman Fərhad oğlunun katibliyi, Qax rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru X7 iştirakı ilə, X2 qərarın ləğv edilməsi və yenidən baxılması, borcun məbləğinin hissə-hissə (aylıq 300-400 manat olmaqla) ödənilməsinə şərait yardılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayət ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və yenidən baxılmasını, borcun məbləğinin hissə-hissə (aylıq 300-400 manat olmaqla) ödənilməsinə şərait yardılmasını məhkəmədən xahiş etmişdir. Borlcu məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamış, icra məmuru isə X10 məhkəmə iclasında iştirak edir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 27 oktyabr 2025-ci il tarixli Qax Notariatının 8İ-322 №li icra sənədi və Qax Rayon İcra və Probasiya şöbəsinin 28 oktyabr 2025-ci il tarixli qərarına əsasən Bank Respublika ASC-yə olan 14.399 manat borcunun ödənilməsi ilə bağlı icra sənədi verilmişdir. Lakin hesab edir ki, həmin qərara əsasən ona bildirilən ödəniş forması (aylıq maaşının 50%-inin tutulması) və məbləği hal- hazırki maliyyə vəziyyətinə uyğun deyildir. Bununla əlaqədar olaraq Tələbkar ASC-yə və həmin bankın baş ofisində müraciət etmişdir. Odur ki, o hal-hazırda işlə əlaqədar Bakı şəhərində kirayə olaraq məskunlaşmışdır (aylıq kirayə haqqı 400 manat). Bundan başqa bəzi səhhət və ailəvi problemlərlə bağlı digər banklara öhdəliklərim mövcuddur (Kapital bank 9.100 manat-aylıq 340 manat, ABB 2.000 manat-aylıq 100 azn və s). Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qərarın ləğv edilməsi və ya yenidən baxılmasına xahiş edir. Borcun məbləğinin hissə-hissə(aylıq 300-400 manat olmaqla) Qax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayon notariat ofisinin 27 oktyabr 2025-ci il tarixli 8İ-322 №li i icra qeydinə əsasən X4 müddət üçün vaxtında ödənilməmiş 14.374 manat 44 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 14.399 manat 44 qəpik pul Tələbkar ASC-in xeyrinə tutulmalıdır. İcra sənədi Qax Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və daxil olduqdan sonra tərəfindən bildiriş qərar qəbulolunaraq tərəflərə göndərilmişdir. «Elektron icra» informasiya sistemində borclunun əmək haqqı gəlirləri olduğundan onun əmək haqqından tutulması barədə müvafiq qaydada qanuni tədbirlər görülmüş və borclunun iş yerinə göndərilmişdir. Şikayətin təmin edilməməsin xahiş edir. Məhkəmə borclunun şikayətini, işdə olan materialları nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Müəyyən edilmişdir ki, Qax rayon notariat ofisinin 27 oktyabr 2025-ci il tarixli 8İ-322 №li icra qeydinə əsasən X4 müddət üçün vaxtında ödənilməmiş 14.374 manat 44 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 14399 manat 44 qəpik pul Tələbkar ASC-in xeyrinə tutulmuşdur. İcra qeydi icraya yönəldilərək Qax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən 28 oktyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərəflərə gönədrilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Yuxarıda sadalanan hüquq normalarının mənasından da göründüyü kimi, əgər icra sənədi qanunvericiliyin tələblərinə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etdiyi vaxtdan üç gün müddətində tərəflərin iştirakı olmadan icraata başlayaraq icraata başlamaq haqqında qərar qəbul etməli və həmin qərarın surətini bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərməlidir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarında olan Qax rayon İcra və probasiya şöbəsinin 28 oktyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, müvafiq icra sənədi qanunvericiliyin tələblərinə uyğundur, Qax rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ-322 nömrəli icra qeydini icraata qəbul etmiş və iş üzrə X3na icra vərəqəsinin könüllü icrası üçün 10 gün vaxt vermişdir. X1 şikayət ərizəsində həmin qərara əsasən ona bildirilən ödəniş forması (aylıq maaşının 50%-inin tutulması) və məbləği hal-hazırki maliyyə vəziyyətinə uyğun olmaması, hal-hazırda işlə əlaqədar Bakı şəhərində kirayə olaraq məskunlaşması (aylıq kirayə haqqı 400 manat), bundan başqa bəzi səhhət və ailəvi problemlərlə bağlı digər banklara öhdəliklərinin mövcud olması (Kapital bank 9100 manat-aylıq 340 manat ABB 2000 manataylıq 100 azn və s).göstərilərək qərarın ləğv edilməsi və ya yenidən baxılmasını (aylıq 300- 400 manat olmaqla) xahiş etsə də, onun gətirdiyi dəlillər icra məmurunun icraata başlamaq haqqında qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, məhkəmə hesab edir ki, Qax rayon notariat ofisinin 27 oktyabr 2025-ci il tarixli 8İ-322 №li icra qeydindən şikayəti verilməmiş, həmin icra qeydi əsasında verilmiş icra sənədi üzrə Qax Rİ və PŞ-in icraata başlamaq haqqında qərarı qəbul edimişdir. Həmin qərarda borc məbləğinin ödənilməsi ilə bağlı borclu A.V.Qurbanovun əmək haqqının 50 faizindən tutulması göstərilməmiş, notariusun müvafiq icra qeydində olan borc məbləğinin tutulması ilə bağlı borcun könüllü icra etməsi təklif olunmuş, könüllü icra olunmadıqda borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətinin həyata keçirilməsi ilə bağlı xərclər, 1.439.94 manat icra ödənişinin borcludan tutulması, borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması ilə əlaqədar icra tədbirlərinin həyata keçirləməsi barədə qərar qəbul olunmuşdur. A.V.Qurbanov icra qeydində göstərilən ondan tutulmalı olan məbləği mübahisələndirməmiş, onun əmək haqqının 50 faizinin tutulmasından narazıdır. Ona görə də, həmin qərarın qəbul edilməsi nəticəsində cavabdeh A.V.Qurbanovun qanunla qorunan hüquq və mənafeləri pozulmamışdır. Bu hal isə icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Borclu tərəfindən onun əmək haqqından tutulması barədə icra məmurunun hər hansı bir qərarı mübahisələndirilməmişdir. Ərizənin mahiyyətindən görünür ki, borclu A.V.Qurbanov qərarının ləğv edilməsi və yenidən baxılmasını, borc məbləğinin hissə-hissə (aylıq 300-400 manat olmaqla) ödənilməsinə şərait yardılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin borc məbləğinin hissə-hissə (aylıq 300-400 manat olmaqla) ödənilməsinə şərait yardılması ilə bağlı hissəsinə qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəməyə borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsinin əsaslılığı barədə ümumiyyətlə sübut təqdim olunmamış, məhkəməyə təqdim olunmuş ərizə isə kifayət qədər əsaslandırılmamışdır. Borclu A.V.Qurbanov qətnamə ilə müəyyən edilmiş borcunun ayda 300-400 manat olmaqla hissə-hissə icra edilməsini xahiş etmişdir. Borclu ərizəsində işlə əlaqədar Bakı şəhərində kirayə olaraq məskunlaşmışdır (aylıq kirayə haqqı 400 manat). Bundan başqa bəzi səhhət və ailəvi problemlərlə bağlı digər banklara öhdəliklərim mövcuddur (Kapital bank 9.100 manat-aylıq 340 manat, ABB 2000 manat-aylıq 100 manat və s) kredit ödədiyini qeyd etsə də, o, sosial vəziyyətinin çətin olmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sənəd və ya sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının icrası qanunvericilikdə məcburi xarakter daşımaqla, tərəflərin hüquq və vəzifələrinin kobud şəkildə pozulması, eyni zamanda məhkəmə qərarının xəyali xarakter daşıması ilə müşayiət olunmamalıdır. Beləliklə, borclunun borcun hissə-hissə ödənilməsinə nail olmaq üçün özünü müdafiə xarakterli mövqe tutmaqla, əsassız mülahizələr irəli sürmüşdür. Hazırda borclunun əmlak vəziyyətinin mənfi istiqamətdə dəyişməsi, habelə onun üçün əlverişsiz əmlak vəziyyətinin yaranması işin faktiki halları, eləcə də işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan əlavə 14.399 manat 44 qəpik manat borcun ödənilməsi borclunun istədiyi kimi həyata keçirilsə, bu zaman ödənişlərin icra müddəti kifayət qədər uzun müddəti əhatə edər ki, bu da tələbkarın əlverişsiz vəziyyətə düşməsinə səbəb ola bilər. Belə olan halda, məhkəmə qənaətə gəlir ki, borclunun ərizəsində qeyd etdiyi (aylıq 300-400 manat olmaqla) icra sənədinin icra edilməsi ilə bağlı qərarın qəbul edilməsi qanuni qüvvədə olan qətnamənin icrasını ləngitməklə yanaşı, qətnamənin vaxtında və dəqiq icra edilməsinə uzun müddət maneçilik yarada bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 Qax rayon İcra və probasiya şöbəsinin 28 oktyabr 2025 il tarixli «İcraata başlamaq haqqında» qərarının ləğv edilməsi, borc məbləğinin hissə-hissə (aylıq 300-400 manat olmaqla) ödənilməsinə şərait yardılması barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Qax rayon İcra və probasiya şöbəsinin 28 oktyabr 2025 il tarixli «İcraata başlamaq haqqında» qərarının ləğv edilməsi, borc məbləğinin hissə-hissə (aylıq 300-400 manat olmaqla) ödənilməsinə şərait yardılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar