Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-42/2025 19.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Borclu, Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Sənan Quliyevin iştirakı ilə. Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Sənan Quliyevin Borclu məxsus olan Qax rayonu, Ləkit kəndində yerləşən ********** qeydiyyat nömrəli sahəsi 134.7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Sənan Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Qax rayonu, Ləkit kəndində yerləşən ********** №li, sahəsi 134.7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin 2(024)-22/2023 №li, 05 aprel 2023-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-i ilə Borclu arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli icra müqaviləsi etibarsız hesab edilməlidir. 05 dekabr 2013-cü il tarixdən 04 noyabr 2020-ci il tarixədək ödənilmiş cəmi 9.600 manat pul vəsaiti və ödənilmiş 123 manat dövlət rüsumu borclu X1 alınaraq tələbkar "xxxx" MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi 16 may 2023-cü il tarixində Qax rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədinin qeyd olunan ünvanına göndərilmişdir. Borclu 29 yanvar 2024-cü il tarixli izahatında məhkəmə qərarının icrasından yayınmadığı bildirmişdir. Tələbkar "xxxx" MMC-in məktubundan görünür ki, Borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə sorğu edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ******* №li çıxarışına əsasən Borclu məxsus Qax rayonu, Ləkit kəndində ********** qeydiyyat №li, sahəsi 134.7 kv.m olan qeyri-yaşayış binasının olduğu müəyyən edilmişdir. Məhkəmədən icra sənədinin icra olunması üçün borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi Sənan Quliyev təqdimata uyğun izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdiki, sözü gedən ərazini 2009-cu ildə bələdiyə qərarı ilə almışdır. 2011-ci ildə "xxxx" MMC ilə aralarındakı müqavilə ləğv edilmiş və bu ərazidə qüllə inşa etmişdir. 2020-ci ildə bir sahibkar tərəfində ərazi satın alınmış və dövlət aktı tərtib olunarkən ona məxsus ərazi ilə birlikdə sahibkarın səlahiyyətinə verilmişdir. Hazırda isə sahibkar Bakcell MMC-yə müraciət edərək ona ödənilmiş pul vəsaitini tələb edir. Borclu bununla razılaşmır və məhkəmədən icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan Qax rayon Məhkəməsinin 2(024)22/2023 №li, 05 aprel 2023-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC ilə Borclu arasında bağlanmış xx.xx.2011-ci il tarixli icra müqaviləsi etibarsız hesab edilməlidir. 05 dekabr 2013-cü il tarixdən 04 noyabr 2020-ci il tarixədək ödənilmiş cəmi 9.600 manat pul vəsaiti və ödənilmiş 123 manat dövlət rüsumu borclu X1 alınaraq tələbkar "xxxx" MMCin xeyrinə ödənilməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 44.1 və 44.1.3-cü maddələrinə görə könüllü icra üçün məhkəmə icraçısı tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərini tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək üçün Borclu məxsus olan Qax rayonu, Ləkit kəndində yerləşən ********** qeydiyyat nömrəli sahəsi 134.7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Mülki məhkəmə icraatında qəbul olunan məhkəmə aktlarının formalarından biri də qərardaddır. Məhkəmə aktları sisteminə daxi olan qətnamədən və məhkəmə əmrindən fərqləndirən əsas əlamət ondan ibarədir ki, qərardad aid olduğu mülki işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan Qax rayonu, Ləkit kəndində yerləşən ********** qeydiyyat №li, sahəsi 134.7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №8(024)-42/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-42/2025
19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver