Məhkəmə qərarları › İş №8(024)-55/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-55/2025

23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-55/2025 23.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Təqdimat verən orqan Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayevin iştirakı ilə. Zaqatala Rayon Məhkəməsinin 2(033)780/2017 №li, 11 yanvar 2018-ci il tarixli icra sənədi üzrə Borclu Qax rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimata Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayev təqdimatla məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)780/2017 №li, 11 yanvar 2018-ci il tarixli icra sənədi üzrə borclu xx xxxxxx 1971-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Qax rayonu, Qaşqaçay kəndində qeydiyyatda olan Borclu Qax rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi və Borclu Müsənif oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən tələbkarın nümayəndəsi və Borclu Müsənif oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yaşar Mahayev təqdimatı müdafiə edərək izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-80/2017 №li, 11 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli **********09 №li kredit müqaviləsinə əsasən, 31 mart 2017-ci il tarixə olan 22.701.53 manat əsas kredit borcu, 13.142.65 manat kreditdən istifadəyə görə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 31 mart 2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 14 faiz dərəcəsi ilə hesablanmış 200 manat penya olmaqla cəmi 36.044.18 manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 manatın əvəzi alınaraq tələbkar "xxxx"ASC-yə ödənilməlidir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. 03 aprel 2025-ci il tarixdə «Borclunun məcburi gətirilməsi haqqında» qərar qəbul edilərək borcluya göndərilmişdir. Həmin qərarda borcludan 5 gün ərzində Qax rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb edilmişdir. Lakin borclu heç bir üzürlü səbəb bildirmədən qərarda göstərilən tələbi təmin etməmişdir.Hesab edir ki, əlavə icra tədbiri kimi Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də məhkəmədən təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə icra məmurunun təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)780/2017 №li, 11 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 31mart 2017-ci il tarixə olan 22.701.53 manat əsas kredit borcu, 13.142.65 manat kreditdən istifadəyə görə hesablanmış və ödənilməmiş adifaizlər üzrə borc, 31 mart 2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 14 faiz dərəcəsi ilə hesablanmış 200 manat penya olmaqla cəmi 36.044.18 manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 manatın əvəzi alınaraq tələbkar "xxxx"ASC-in xeyrinə tutulması qət edilmişdir. İcra haqqında 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)780/2017 №li, 11 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli **********09 №li kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 22.701.53 manat əsas kredit borcu, 13.142.65 manat kreditdən istifadəyə görə hesablanmış və ödənilməmiş adifaizlər üzrə borc, xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 14 faiz dərəcəsi ilə hesablanmış 200 manat penya olmaqla cəmi 36.044.18 manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 manatın əvəzi alınaraq tələbkar "xxxx"ASC-in xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən qətnamənin icrası ilə əlaqədar Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayev tərəfindən verilmiş təqdimat təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(033)780/2017 №li, 11 yanvar 2018-ci il tarixli icra sənədi üzrə borclu xx xxxxxx 1971-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Qax rayonu, Qaşqaçay kəndində qeydiyyatda olan Borclu Qax rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimatı təmin olunsun. Qərarın icrası Qax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar