Məhkəmə qərarları › İş №8(024)-62/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-62/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-62/2025 18.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Təqdimat verən orqan Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayevin iştirakı ilə Şəki Kommersiya Məhkəməsinin e-2 2(117)704/2023 №li, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu Qax rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimata Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayev təqdimatla məhkəməyə müraciət edərək, Şəki Kommersiya Məhkəməsinin e-2 2(117)704/2023 №li,, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu Qax rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayev göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli icra sənədi üzrə borclu e- 2 2(117)-704/2023 №li, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu 24.145.36 manat borc və 139.62 manat məbləğində mediasiya xərci tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi 08 yanvar 2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra sənədi Qax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilərək ,müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. 24 iyun 2025-ci il tarixdə “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilərək borclulara göndərilmişdir. Həmin qərarlarda borclulardan 2 gün ərzində Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb edilmişdir. Lakin borclu heç bir üzrlü səbəb bildirmədən qərarda göstərilən tələbi təmin etməmişdir. Məhkəmə icra məmurunun təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli icra sənədi üzrə borclu e-2 2(117)-704/2023 №li, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu 2.4145.36 manat borc və 139.62 manat məbləğində mediasiya xərci tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir. İcra haqqında 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli icra sənədi üzrə borclu e-2 2(117)-704/2023 №li, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu 24.145.36 manat borc və 139.62 manat məbləğində mediasiya xərci tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəki Kommrsiya Məhkəməsinin e-2- 2(117)-704/2023 №li, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu Qax rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayevin təqdimatı təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Kommrsiya Məhkəməsinin e-2- 2(117)-704/2023 №li, 31 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu Qax rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi Qax rayon İcra Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayevin təqdimatı təmin edilsin. Qərarın icrası Qax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar