Məhkəmə qərarları › İş №8(024)-68/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-68/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-68/2025 28.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi Sənan Quliyevin Borclu məxsus olan «OPEL ASTRA» minik markalı, «az **-FC-***» dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «OPEL ASTRA» minik markalı, «az **-FC-***» dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə mlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin e-2(024)-753/2024 №li, 02 dekabr 2024-ci il tarixli icra sənədi üzrə Borclu 1.380.59 manat əsas, 344.69 manat faiz borcu olmaqla, cəmi 1.725.28 borc və ödənilmiş 37.25 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədi 14 yanvar 2025-ci il tarixində Qax rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir və qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra edilməsi üçün müvafiq qaydada borclu yaşadığı ünvana poçt vasitəsi ilə çağırış vərəqəsi göndərilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borcluların mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitlərinin və ya başqa sərvətlərin olub-olmaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə «Elektron icra» informasiya sistemində Borclu adına «OPEL ASTRA» markalı, «az **-FC-***» dövlət qeydiyyat nişanlı avtomobilinin qeydə alındığı müəyyən edilmişdir. Tərəfimizdən icra sənədinin məcburi icrasın ilə əlaqədar borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Şəki Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Şəki Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin 18 mart 2025-ci il tarixdə şöbəyə daxil olmuş 13 mart 2025-ci il tarixli, 676 saylı məktubunda Borclu məxsus «OPEL ASTRA» markalı, «az ** FC ***» dövlət qeydiyyat nişanlı avtomobilin axtarılması ilə bağlı müvafiq qeydlərin aparıldığı bildirilmişdir. Məhkəmədən icra sənədinin icra olunması üçün borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimata uyğun izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında lan Qax Rayon Məhkəməsinin e-2(024)-753/2024 №li, 02 dekabr 2024-ci il tarixli icra sənədi üzrə borclular Borclu 1.380.59 manat əsas, 344.69 manat faiz borcu olmaqla, cəmi 1725.28 borc və ödənilmiş 37.25 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Elektron icra» informasiya sistemində Borclu adına «OPEL ASTRA» markalı, «az **-FC-***» dövlət qeydiyyat nişanlı avtomobilinin nişanlı avtomobili vardır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 44.1 və 44.1.3-cü maddələrinə görə könüllü icra üçün məhkəmə icraçısı tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərini tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək üçün Borclu məxsus «OPEL ASTRA» markalı, «az **-FC-***» dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Mülki məhkəmə icraatında qəbul olunan məhkəmə aktlarının formalarından biri də qərardaddır. Məhkəmə aktları sisteminə daxi olan qətnamədən və məhkəmə əmrindən fərqləndirən əsas əlamət ondan ibarədir ki, qərardad aid olduğu mülki işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Qax Rayon Məhkəməsinin e-2(024)-753/2024 №li, 02 dekabr 2024-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan «OPEL ASTRA» markalı, «az **-FC-***» dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi B.D.Y.P.İ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar