Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-80/2025 11.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Tələbkar X2 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair ərizəçi X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək Qax Rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 29 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 04 aprel 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qax rayonu, Zəyəm kəndində yaşayan Borclu X2 xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə 04 aprel 2023-cü cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 180 manat aliment təyin edilmişdir. Qətnamə hazırda Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunur. Həmin məbləğ hazırda yaşayış üçün lazım olan tələblərə cavab vermir. Bu səbəbdən uşağı X1 üçün ödənilən aliment məbləğinin artırılması üçün müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd olunanlara görə borclu şəxs Borclu bu ərizəni məhkəməyə təqdim etdiyi gündən başlayaraq uşaq 18 yaşına çatana qədər uşağa ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 52 misli qədər aliment ödəməlidir. Qax Rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 29 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 04 aprel 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qax rayonu, Zəyəm kəndində yaşayan Borclu X2 xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 ərizənin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, uşaq 18 yaşına çatana qədər alimentin artırılması barədə müraciət etmişdir. Borclu ilə 19 yaşında ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. O, valideyinləri ilə birlikdə yaşayır. Borclu anasının sözü ilə durub-oturur, onu və uşağını döyür, uşağa yemək içmək vermir. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. «Elektron Məhkəmə İnformasiya Sistemi» vasitəsi ilə əladə olunumş qohumçluq məlumatlarından görünür ki, X6 04 aprel 2023-cü ildə doğulmuşdur. Qax Rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 04 aprel 2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya inflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək Qax Rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 29 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 04 aprel 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qax rayonu, Zəyəm kəndində yaşayan Borclu X2 xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0.5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin mart ayından180, sentyabr ayından 250 manat, 2020ci ildə 250, 2021-ci ildən 250, 2022-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin yanvar ayının 1dək 300 manat; 2023-cü ilin yanvar ayının 1-dən 2024-cü ilin yanvar ayının 1-dək 345 manat, 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2024-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 180 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0.52 %-ni təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən-30 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 04 aprel 2025-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 52 %-i, 0.52 misli həddində 208 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizə təmin edilsin. Qax rayon Məhkəməsinin 2(024)475/2024 №li, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 30 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 04 aprel 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 52 %-i, 0.52 misli həddində 208 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №8(024)-80/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-80/2025
11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver