Məhkəmə qərarları › İş №8(024)-97/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(024)-97/2025

28.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(024)-97/2025 28.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Borclu Qax rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X11 iştirakı ilə. Borclu Qax Rayon İcra və Probasiya şöbəsinin 11 mart 2025-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclu şikayət ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax Rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2025-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 06 yanvar 2017-ci il tarixli, 2(107)-382/2017 iş nömrəli icra sənədinə əsasən aparılmış icraat Qax Rayon İcra və Probasiya Şöbəsinin qərarına əsasən dayandırılmışdır. Qax Rayon İcra və Probasiya Şöbəsinin 29 fevral 2024-cü il tarixli qərarı əsasmda isə həmin icraat təzələnmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı X8, X6, X20, X9, X3 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10 iştirakı ilə) cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakm Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-l(116)- 130/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşmmaz Əmlakm Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxslər apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci ü tarixli, 2-l(116)-130/2020 nömrəli qərarının ləgv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021- ci il tarixli, 2-l(107)-26/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə üçüncü şəxslərin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1 (116)-130/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Üçüncü şəxslər kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-l(107)-26/2021 nömrəli qərarının ləgv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdirlər. Azərbaycan Repsublikası Ali Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-l(102)- 1306/2021 iş nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasmm xx.xx.2021-ci il tarixli, 2-l(107)-26/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-l(116)- 130/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarından dan göründüyü kimi, məhkəmənin iddianı təmin etməsinin əsasını iddiaçıların adına olan JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının qüvvədə olması təşkil etmişdir. Belə ki, məhkəmə əsaslandırmasında, mübahisəli torpaq sahəsinə dair JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı qüvvədə olduğu halda, həmin torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən iş üzrə üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini qanunsuz hesab etmişdir. Bundan sonra, iddiaçılar X18, X17, Babayeva (Aslanova) Səma Vahid qızı və X23 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X7, X15, X4, X2, X24) "Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar X18, X17, Babayeva (Aslanova) Səma Vahid qızı və X16 mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının və Qax rayonu Qaysarh kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X12, X7, X15, X4, X2 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarh kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə iş Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 04 may 2022-ci il tarixli, 2-l(116)-486/2022 iş nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 04 may 2022-ci il tarixli, 2-l(116)- 486/2022 iş nömrəli qərardadından tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, Azərbaycan Repsublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2-l(116)-195/2022 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 04 may 2022-ci il tarixli, 2-l(116)- 486/2022 iş nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Repsublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-l(102)- 1824/2022 nömrəli qərarı ilə iddiaçılar X18, X17, Babayeva (Aslanova) Səma Vahid qızı və X16 cavabdeh Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN seriyalı 0057 nömrəli və JN seriyalı 0056 nömrəli Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına almması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasmm 2-1(107)-195/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-l(102)- 1824/2022 nömrəli qərarında qeyd olunur ki, ".... 20. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, hazırkı iddiada ləğv olunması tələb edilən, JN-0056 kod 40313018 və JN0057 kod 40313028 nömrəli X32 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında tərtib edilmişdir. Eyni zamanda, o da müəyyən olunur ki, Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli qərarı ilə X22 sahəsinin “Arx arası” sahəsindən verilmiş 3.12 ha torpaq payının Qıpçaq kənd sakini X14 kəndinin “Yonca qoruq” adlı ərazisindən verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsinə icazə verilməsi ilə bağlı Qax rayon Qaysarh bələdiyyəsinin xx.xx.2003- cü il tarixli qərarı təsdiq edilmişdir.

21. Göründüyü kimi, mübahisələndirilən Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri sonradan dəyişdirilmiş, bununla bağlı yeni inzibati akt qəbul edilmişdir. Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktlan ilə tərəflərə məxsus olan torpaq sahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsi də itirilmişdir. Bundan əlavə, formalaşmış inzibati məhkəmə praktikasında Dövlət Aktlarının müstəqil mübahisələndirilməsinə yol verilmir. Belə ki, sözügedən aktın əsasında inzibati akt dayandığından (hazırkı halda aqrar islahat komissiyasının qərarı), məhz həmin inzibati aktlar şəxslər üçün hüquqi nəticə yaradır.

22. Belə olan halda, iddiaçı üçün hər hansı hüquqi nəticəsi olmayan aktların (iddianın predmetini təşkil edən Dövlət Aktlarının) inzibati məhkəmə icraatında mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- l(116)-130/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarında JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının qüvvədə olmasını qeyd etsə də, Azərbaycan Repsublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2l(102)-1824/2022 nömrəli qərarında bildirmişdir ki, Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktları ilə tərəflərə məxsus olan torpaq sahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsi də itirilmişdir. Bundan sonra, iddiaçılar X18, X17, Babayeva (Aslanova) Səma Vahid qızı və X23 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı sonuncunun üzərinə "Qax rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 2004-cü il tarixli qərarı ilə ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonu, Qaysarlı kəndində yerləşən 3,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi ilə iş Şəki İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 25 yanvar 2024-cü il tarixli, 2-1(116)-635/2024 iş nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsAzərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmm 06 yanvar 2017-ci il tarixli, 2(107)-382/2017 iş nömrəli icra sənədini həmin sənədin icrası üçün əsas olan sənəd (dövlət aktı) ləğv edildiyi halda görünürdə icra edərək, iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi, JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı hüquqi qüvvəsini itirdiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxshəmin icra sənədini geri qaytarmalı idi. Göstərilənləri nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax Rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2025-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək əlavə olaraq bildirdi ki, onun adına torpaq sahəsi yoxdur. İcra vərəqəsi Maraqlı şəxstərəfindən verilmişdir. Məhkəmə qərarı Qax rayon Məhkəməsi tərəfindən çıxarılmışdır. Sonradan Şəki Apelyasiya Məhkəmsi qətnaməni ləğv edərək yeni qərar çıxarılmışdır. Şikayət ərizəsinin təmin olunmasını xahiş edir. Qax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X19 məhkəmə iclasında izahat verərək göstərdi ki, şikayətçinin təqdim etdiyi icra vərəqəsi Şəki Apelyasıya Məhkəməsinin qərarını əks etdirir. Şikayətin təmin edilməməsin xahiş edir. Məhkəmə tələbkarın ərizəsini, Maraqlı şəxstərəfindən məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-382/2016 saylı 06 yanvar 2017-ci il tarixli icra işində olan materialları nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Belə ki, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-cii l tarixli Qərarında göstərilmişdir ki. tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Bu səbəbdən də Konstitusiya Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki,

1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

2. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin plenum qərarından da göründüyü kimi, borclu tərəfindən icraata xitam verilməsi haqqında qərardan şikayət icra sənədini vermiş Şəki Apllyasiya məhkəməsinə verilməli idi. Beləliklə işin araşdırılan halları, tərəflərin izahatı və işdə olan mümkün və mötəbər sübutlarla müəyyən olunmuşdur ki, Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu şikayət ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax Rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2025-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

Borclu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax Rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2025-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar