Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-1/2024 08.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, Borclu və Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu şəxs Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudaşdırılmasına dair Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(025)- 43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)-43/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş və Qəbələ, Nohurqışlaq k. ünvanında qeydiyyatda olan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 280 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilməsi üçün borcluda əmlak və gəlir aşkar olunmamışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq icra sənədin icrasını tam şəkildə təmin etmək mümkün olmamış, nəticədə xx.xx.2023-cü il tarixə 3900 manat aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Borclu izahatında, təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 19 avqust 2014-cü il təvəllüdlü X5 və 11 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu yaşadığı olduğu ünvana bildiriş göndərilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 20 dekabr 2023-cü il tarixli 61423/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-43/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə xx.xx.1991-ci il təvəllüdlü, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №8(025)-1/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-1/2024
08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver