Məhkəmə qərarları › İş №8(025)-102/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-102/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-102/2025 11.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Təqdimat müəllifi Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi Təbiyyət Həsənquliyevin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası məqsədi ilə Borclu ümumi birgə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin onun payına düşən ¼ hissəsinin 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1508/ 2023-008 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu 26 sentyabr 2023-cü il tarixdən başlayaraq, 23 aprel 2007-ci il təvəllüdlü X12, 27 sentyabr 2008-ci il təvəllüdlü X13 və 21 aprel 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu ümumi birgə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və borclu xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X9 ilə cavabdeh Borclu arasında 28 mart 2007-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 23 aprel 2007-ci il təvəllüdlü X12, 27 sentyabr 2008-ci il təvəllüdlü X13 və 21 aprel 2013-cü il təvəllüdlü X8 anaları X6 yanında qalmasının müəyyən edilməsi, cavabdeh Borclu 26 sentyabr 2023-cü il tarixdən başlayaraq, 23 aprel 2007-ci il təvəllüdlü X12, 27 sentyabr 2008-ci il təvəllüdlü X13 və 21 aprel 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu qeydiyyatda olduğu ünvanlara bildiriş göndərilmişdir. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X4, X5, X10 və Borclu ümumi birgə mülkiyyətinə verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməklə, borclu X2 Qəbələ rayonu Mamaylı kəndində paylı mülkiyyətində olan 4,2665 ha (Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») həyətyanı torpaq sahəsindən X2 1/5 hissə (0,8533 ha) payının üzərinə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) həbs qoyulmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X18 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43- 55-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ünvan 2 ünvanında yerləşməklə paylı mülkiyyətində olan 0,08 ha (Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») həyətyanı torpaq sahəsindən Borclu 1/4 hissə (0,02 ha) payının üzərinə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar