Məhkəmə qərarları › İş №8(025)-104/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-104/2023

26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-104/2023 26.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-912/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu şəxs Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudaşdırılmasına dair Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(025)- 912/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(025)-912/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1994-ci ndə anadan olmuş və ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5493.32 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Bank "Btb” Açıq Səhmdar Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, -icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-912/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 4897 manat 52 qəpik əsas borc, 383 manat 54 qəpik faiz borcu və 137 manat 66 qəpik cərimə borcu olmaqla ümumilikdə 5418 manat 72 qəpik borc, 74 manat 19 qəpik dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 912/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu yaşadığı ünvana bildiriş göndərilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 09 oktyabr 2023-cü il tarixli 203701/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-912/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-912/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə xx.xx.1994-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)- 912/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar