Məhkəmə qərarları › İş №8(025)-121/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-121/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-121/2023 29.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Maraqlı şəxs böyük icra məmuru Təbiyyət Həsənquliyevin və şikayətçi Tələbkar iştirakı ilə, Maraqlı şəxs böyük icra məmuru X1 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-8/2023 saylı icra vərəqəsinin tam şəkildə icra olunması və icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından şikayətçi Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayətçi Tələbkar məhkəməyə şikayət təqdim edərək, Maraqlı şəxs böyük icra məmuru X1 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 8/2023 saylı icra vərəqəsinin icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarınını ləğv edəsiniz və icra sənədini icra olunması üçün Maraqlı şəxsnə qaytarmağınıza dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-8/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbim qismən təmin edilmiş, cavabdehlər Borclu1, X3, Borclu2, Borclu3 və Borclu4 tərəfindən torpaq sahələrinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş: 1. MH ******* saylı (reyestr nömrəsi - **********04; qeydiyyat nömrəsi - 190801537; qeydiyyat tarixi – xx.xx.2008) çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0.309502 ha torpaq sahəsi; 2. MH ******* saylı (reyestr nömrəsi - **********10; qeydiyyat nömrəsi - 190801527; qeydiyyat tarixi - xx.xx.2008). Çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0.565 ha torpaq sahəsi; 3. MH ******* saylı (reyestr nömrəsi - **********91; qeydiyyat nömrəsi - 190801540; qeydiyyat tarixi xx.xx.2008) çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Dandıx kəndində yerləşən 1.115999 ha torpaq sahəsi, 4. MH ******* saylı (reyestr nömrəsi - **********03; qeydiyyat nömrəsi - 190801530; qeydiyyat tarixi - xx.xx.2008) çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 2.232 ha torpaq sahəsi; 5. MH ******* saylı (reyestr nömrəsi - **********08; qeydiyyat nömrəsi - 190801545; qeydiyyat tarixi - xx.xx.2008) Çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 2.442901 ha torpaq sahəsi; 6. MH ******* saylı (reyestr nömrəsi - **********41; qeydiyyat nömrəsi - 190801548; qeydiyyat tarixi – xx.xx.2008) çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0.566995 ha torpaq sahəsi; 7. RX ******* saylı (reyestr nömrəsi - **********31; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2017) çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Qəbələ rayonu, Dandıx kəndində yerləşən 3.5623 ha torpaq sahəsi ətraflarını dəmir tor çəpər ilə hasarlamaqda törədilən maneələrə son qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Borclu1, X3, Borclu2, Borclu3 və Borclu4 müştərək qaydada tutularaq ona iddiaçı Tələbkar ödənilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Borclu1, X3, Borclu2, Borclu3 və Borclu4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən icra olunması üçün Maraqlı şəxsnə icra vərəqəsi göndərilmişdir. İcra vərəqəsinin icra olunması üçün Maraqlı şəxs böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2 icraatında olmuş və xx.xx.2023-cü il tarixli Qərarına əsasən xx.xx.2023-cü il tarixli, 2(025)-8/2023 saylı icra vərəqəsi tam şəkildə icra olunduğu üçün icraatına xitam verilmiş və məhkəməyə qaytarılmışdır. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-8/2023 saylı icra vərəqəsi tam şəkildə icra olunmamışdır. Belə ki, icra sənədində qeyd olunan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməmiş, mülkiyyətində olan torpaq sahələrinin ətraflarını dəmir tor çəpər ilə hasarlamaqda törədilən maneələrə son qoyulması aradan qaldırılmamış və hal-hazıradək cavabdehlər tərəfindən qanunsuz hərəkətlər davam etməkdədir. Ona görədə cavabdehlər tərəfindən törədilən qanunsuz hərəkətlərin qarşısının alınması və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-8/2023 nömrəli qətnaməsinin tam icra olunması üçün icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Onu da qeyd edir ki, Maraqlı şəxs böyük icra məmuru X2 icra vərəqəsinin icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarını ona təqdim olunmamış və ya poçt vasitəsi ilə ünvanına göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Tələbkar ərizəyə uyğun izahat verərək Qəbələ Rayon Məhkəməsinin 2(025)-8/2023 nömrəli, 17 may 2023-cü il il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Maraqlı şəxs 11 avqust 2023-cü il tarixli qərarını ləğv edərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-8/2023 nömrəli, 17 may 2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs böyük icra məmuru Təbiyyət Həsənquliyev şikayətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə ərizəni və icra işi materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X5 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində icra sənədi üzrə icraata xitam verilməsinin əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq yenidən icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının məzmunundan da göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı borclu tərəfindən icra olunmalıdır. Həmin icra işinə məhkəmə nəzarətini isə bilavasitə müvafiq məhkəmənin hakimi tərəfindən həyata keçirilir. Qeyd olunan icra işinin icra olunmaması ilə bağlı şikayətlərə və müraciətlərə isə qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəmədə baxılır. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini görməmişdir. Beləliklə, icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən haqlı şikayətinə səbəb olmuşdur. Məhkəmə belə hesab edir ki, bəhs edilən qanunla icra edilmədən icraatına xitam verilən icra sənədinin yenidən icraya yönəldilməsi istisna edilmədiyindən şikayət ərizəsi əsaslıdır və qeyd edilən qərar ləğv edilməli, icra vərəqəsi yenidən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini, İcra haqqında Qanunun 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar şikayət ərizəsi təmin edilsin. Maraqlı şəxs 11 avqust 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-8/2023 nömrəli, 17 may 2023-cü il tarixli icra sənədi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar