Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-123/2022 15.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2338/2020 nömrəli qətnaməsinin müvafiq qaydada icrasının icra və probasiya şöbəsinin icraçısına həvalə edilməsini barədə icra hərəkətlərindən tələbkar X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Tələbkar məhkəmə icraçısının hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2338/2020 nömrəli qətnaməsinin müvafiq qaydada icrasının icra və probasiya şöbəsinin icraçısına həvalə edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, X2 aidiyyəti üzrə müraciət etmədiyindən ərizəsi geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)- 2338/2020 nömrəli qətnaməsinin müvafiq qaydada icrasının icra və probasiya şöbəsinin qərarı əsasında aparılan icra hərəkətlərinin qanunsuz hesab edilməsi məsələsinə qanunvericiliyin tələblərinə əsasən aidiyyəti üzrə inzibati məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2338/2020 nömrəli qətnaməsinin müvafiq qaydada icrasının icra və probasiya şöbəsinin qərarı əsasında aparılan icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət X1 geri qaytarılmalıdır. Eyni zamanda X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)- 2338/2020 nömrəli qətnaməsinin müvafiq qaydada icrasının icra və probasiya şöbəsinin qərarı əsasında aparılan icra hərəkətlərindən MPM-in və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 13, 149, 152 və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2338/2020 nömrəli qətnaməsinin müvafiq qaydada icrasının icra və probasiya şöbəsinin qərarı əsasında aparılan icra hərəkətlərindən tələbkar X2 tərəfindən verilmiş şikayət X1 geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №8(025)-123/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-123/2022
15.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver