Məhkəmə qərarları › İş №8(025)-153/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-153/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-153/2025 16.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi barədə Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İPŞ tərəfindən məhkəməyə təqdimat verilərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədi üzrə tələbin Borclu məxsus olan «Toyota Prius» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə həmin avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 84/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu 17 oktybar 2023-cü il tarixdən başlayaraq, 09 avqust 2014-cü il təvəllüdlü X2 və 20 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. Həmin icra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və bu barədə qərar qəbul edilərək tələbin könüllü şəkildə ödənilməsi haqqında bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu Qəbələ şəhəri, 20 Yanvar küçəsi, ev 8-ə göndərilmişdir. Borclu həmin sənədləri almasına baxmayaraq icra sənədi üzrə tələbi ödəmədiyi üçün əmlakının axtarılması istiqamətində məcburi icra tədbirləri başlanmış və ona məxsus olan «Toyota Prius» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədi üzrə tələbin Borclu məxsus olan «Toyota Prius» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə həmin avtomobil üzərinə həbs qoyulması barədə təqdimat vermişdir. İşin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu 17 oktybar 2023-cü il tarixdən başlayaraq, 09 avqust 2014cü il təvəllüdlü X2 və 20 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir İcra işinin materiallarına əsasən müəyyən edilir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda ödənilmədiyindən məcburi icra tədbirlərinin görülməsinə başlanmış və Borclu adına «Toyota Prius» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alındığı aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbiri tətbiq oluna bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən icra sənədinin məhkəmə icraçısına təqdim olunması, məhkəmə icraçısı tərəfindən icraata başlamaq barədə qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburu icra tədbirinin tətbiq olunması üçün əsasdır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırımlış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədi üzrə tələb Borclu məxsus olan «Toyota Prius» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hesabına ödənilməsi üçün sözü gedən nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalı, üzərinə həbs qoyulmuş əmlak obyekti açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait qeyd olunan icra sənəi üzrə tələbin ödənilməsinə yönəldilməlidir. Qeyd olulnlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-84/2024 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün Borclu məxsus olan «Toyota Prius» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar