Məhkəmə qərarları › İş №8(025)-162/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-162/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-162/2025 06.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, icra sənədi üzrə icraatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İPŞ-nin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəməyə müraciət edib Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1340/2024 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İPŞ-nin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1340/2024 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar QSC-nin xeyrinə 28012.58 manat əsas borc, 2472.43 manat faiz borcu və 280 manat cərimə borcu olmaqla, ümumilikdə 30765.01 manat kredit borcu və 183.03 manat dövlət rüsumu tutulmalıdır. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və bu barədə qərar qəbul edilərək tələbin könüllü şəkildə ödənilməsi haqqında bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana (Qəbələ rayonu, Zarğan kəndi) göndərilmişdir. Borclu həmin sənədləri almasına baxmayaraq icra sənədi üzrə tələbi könüllü qaydada ödəmədiyi üçün məcburi icra tədbirləri başlanmış, lakin tələb yönələ bilən nağd pul vəsaiti, qiymətli əmlakı və gəlirləri aşkar edilməmiş və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimat vermişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1340/2024 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar QSC-nin xeyrinə 28012.58 manat əsas borc, 2472.43 manat faiz borcu və 280 manat cərimə borcu olmaqla, ümumilikdə 30765.01 manat kredit borcu və 183.03 manat dövlət rüsumu tutulmalıdır. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1340/2024 nömrəli icra sənədi üzrə icraat başlanmış və Borclu icranı dərhal könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan Qəbələ rayon İPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e3447/2025-11-5-004 saylı Bildirişin surətinə əsasən Borclu Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 1340/2024 nömrəli icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən ödənilməməsinə görə məsuliyyəti barədə izah edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məlumata əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1340/2024 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Məcəllənin 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 1340/2024 nömrəli icra sənədi hər hansı üzürlü səbəb bildirilməyərək indiyədək icra olunmadığından Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb tamamilə ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1340/2024 nömrəli icra sənədi üzrə borclu – xx.xx.1988-ci il tarixdə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Corlu kəndində yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb tamamilə ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar