Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-190/2025 15.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Ərizəçi (tələbkar) X4 və Maraqlı şəxs rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X3 iştirakı ilə X1 Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(025)-1354/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “pul məbləğinin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(025)-1354/2023 nömrəli qətnaməsi üzrə Borclu ödəməli olduğu 11624,5 manat pul məbləğinin indeksasiyasının aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) X6 məhkəməyə elektron qaydada tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) göndərərək, Borclu Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(025)-1354/2023 saylı qətnaməsi üzrə 11624.5 manat pulun 3000 manatını ödədiyini, hazırda onun 8624.5 manat borcunun qaldığını, qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(025)-1354/2023 saylı qətnaməsi üzrə Borclu ödəməli olduğu 8624.5 manat pul məbləğinin indeksasiyasının aparılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi (tələbkar) X6 15 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, “pul məbləğinin indeksasiyası” barədə ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X5 ərizənin baxılmadan geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu xəbərdar edilsə də, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, X1 Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(025)-1354/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “pul məbləğinin indeksasiyası” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(025)-1354/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “pul məbləğinin indeksasiyası” barədə X1 ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(025)-190/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-190/2025
15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver