Məhkəmə qərarları › İş №8(025)-23/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-23/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-23/2024 29.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu şəxs Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudaşdırılmasına dair Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(025)- 338/2023 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)-338/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 31 yanvar 2022-ci il tarixdən başlayaraq 03 sentyabr 2010-cu il təvəllüdlü X4 və 09 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilməsi üçün borcluda əmlak və gəlir aşkar olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada icra məmuruna, tələbkara və borcluya xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddia tələbi qismən təmin edilməsi, cavabdeh Borclu ilə iddiaçı Tələbkar arasında 03 may 2010-cu il tarixdə bağlanmış və Qəbələ rayon Tövlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 03 sentyabr 2010-cu il təvəllüdlü X4 və 09 avqust 2014-cü il təvəllüdlü X5 anaları Tələbkar yanında qalmaları müəyyən edilməsi, cavabdeh Borclu 31 yanvar 2022-ci il tarixdən başlayaraq 03 sentyabr 2010-ci il təvəllüdlü X4 və 09 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunması qət edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu yaşadığı olduğu ünvana bildiriş göndərilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 13 fevral 2024-cü il tarixli 143306/2022 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-338/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə xx.xx.1986cı il təvəllüdlü, Qəbələ rayonu, Tövlə kəndində qeydiyyatda olan və yaşayan Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar