Məhkəmə qərarları › İş №8(025)-25/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-25/2024

05.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-25/2024 05.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-1507/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair icra məmurunun təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 Rayon Məhkəməsinin 2(025)-1507/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1507/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 478 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə “məcburi gətirilmə tədbirinin tətbiqi haqqında” qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və tələbkar xəbərdar edilsələr də, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə, bu halda təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməklə, Borclu polis orqanı vasitəsi ilə məcburi qaydada Qəbələ rayon İcra və probasiya Şöbəsinə gətirilməlidir. Belə ki, icra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixində daxil olmuş, həmin tarixdə tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, könüllü icra olunması barədə bildiriş Borclu göndərilmiş, könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin icra məmurunun göstərilən hərəkətləri nəticəsiz qalmışdır. Borclu Qəbələ Rayon icra və probasiya şöbəsinə dəfələrlə şifahi və yazılı surətdə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1507/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1984-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə Qəbələ rayon İcra və probasiya şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qəbələ Rayon İcra və probasiya şöbəsi vasitəsilə Qəbələ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar