Məhkəmə qərarları › İş №8(025)-4/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-4/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-4/2024 24.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2(025)-1448/2022 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Qəbələ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qəbələ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin İbadov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 1448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 360 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu, tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdim olunmuş materiallardan görünür ki, Borclu Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(025)-1148/2022 nömrəli icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, icra şöbəsinə gəlməmiş və icra sənədində göstərilən tələbin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının həyata keçirilməsi məqsədilə Qəbələ Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2(025)-1448/2022 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qəbələ Rayon Polis Şöbəsinə və Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar