Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-43/2024 08.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1, Tələbkar, tələbkarın etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə və borclu X4 iştirakları ilə Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair maraqlı şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Maraqlı şəxs Qəbələ rayon İcra və probasiya şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 iddiaçıya məxsus 40.00 qram çəkidə 583 əyarlı olan "Tros" sep (dəyəri 3200 manat) 17,00 qram çəkidə, 583 əyarlı olan "Tros" qolbaq (dəyəri - 1360 manat), 9,00 qram çəkidə, 583 əyarlı, ümumi 1,00 karat, brilyant qaşlar ilə nişan üzüyü (dəyəri-720 manat), 8,00 qram çəkidə, 583 əyarlı, zümrüd sirkon qaşlar ilə "Paxlava" üzük, (dəyəri 640 manat) və 18,00 qram çəkidə, 583 əyarlı, ümumi 3,00 karat, birliyant qaşlar ilə "Fantaziya"dəsti (dəyəri-1440 manat), özləri olmadıqda onların dəyəri cəmi 7360 manat məbləğində pul vəsaiti və 78 manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməlidir. Ekspertiza təqdiqatının dəyəri olan 50 manat Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmiş, borculya qərarın icrası üçün 10 gün könüllü müddət verilmişdir. İcra sənədinin icrasını təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı Qəbələ Rayon Yenikənd kəndində yerləşən ünvanına baxış keçirilmiş və icra sənədinin mahiyyəti borcluya izah edilmişdir. Ünvana baxış keçirilən zaman icra sənədində qeyd edilən 1 ədəd tros sep, 1 ədəd tros qolbaq və 1 dəst birliyant qaşlar ilə fantaziya dəsti aşkar edilmiş, tələbkara təhvil verilməsi üçün borcludan götürülmüş və bu barədə akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Tələbkar xx.xx.2024-cü il tarixə icra sənədinin icrası ilə bağlı Qəbələ Rayon İcra və probasiya şöbəsinə gəlməsi ilə barədə çağrış məktubu ünvanlanmışdır. xx.xx.2024-cü il tarixdə tələbkar şöbədə olan zaman borclu da dəvət edilmişdir. Tələbar Tələbkar toy günü ona hədiyə olunan qızıl-zinət əşyalarını əks etdirən fotoşəkilləri şöbəyə təqdim etmişdir. Tərəflərindən müəyyən olunmuş və götürülmüş qızıl-zinət əşyalarının həqiqətən icra sənədində və ya təqdim edilmiş foto şəkillədə uyğunluğunu müəyyən etmək üçün zərgər də dəvət edilmişdir. Zərgər borcludan götürülmüş qızıl-zinət əşayalarına baxış keçirən zaman özünün ekspert olmadığını, buna baxmayaraq foto şəkillərdə əks olunan qızıl-zinət əşyaları ilə eyni olmasını bildirmişdir. Tələbkar da öz növbəsində qızıl-zinət əşyaların özünün olmasını bildirsə də, zərgər özü ilə gətirdiyi tərəzi vastəsilə borcludan götürülmüş qızılların çəkdikdən sonra fərqlilik olduğunu bildridikdə tələbkar təqdim olunan qızılları götürməkdən tələbkar imtina etmişdir. Aşkar edilməmiş 583 əyarlı, ümumi 1,00 karat, brilyant qaşlar ilə 8,00 qram çəkidə (dəyəri-720 manat), 583 əyarlı, zümrüd sirkon qaşlar ilə 18,00 qram çəkidə nişan üzüyü "Paxlava" üzüyün (dəyəri 640 manat) dəyəri - 1360 manat Borclu Tələbkar xeyrinə tutulmuşdur. İcra sənədi üzrə tələbkara qaytarılmalı qızıl-zinət əşyalarından - 40.00 qram çəkidə 583 əyarlı olan "Tros" sep (dəyəri 3200 manat) 17,00 qram çəkidə, 583 əyarlı olan "Tros" qolbaq (dəyəri -1360 manat), və 18,00 qram çəkidə, 583 əyarlı, ümumi 3,00 karat, birliyant qaşlar ilə "Fantaziya"dəstinin (dəyəri-1440 manat) vizual əlamətləri onların icra sənədində göstərilən əlamətləri ilə üst-üstə düşsə də, çəkilərindəki fərqlərə görə tələbkarın onları qəbuldan imtina etməsi icra sənədinin icrasız qalmasına səbəb olmuşdur. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizəyə izah verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar və tələbkarın etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə qızılın dəyərinin 40 qram olmasını, qətnamənin qızılın qramı göstərilən formada icra edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X7 izahatında göstərdi ki, qızılın qramının 40 qram olması barədə iddiaçının dedikləri həqiqəti əks etdirmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qərardadına izah verilməsinə dair ərizəsində göstərilənləri və mülki işin materiallarını tədqiq edib hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu ona məxsus olan qızıl-zinət əşyalarının - “Fantaziya” dəsti, 583 əyarlı, 3.00 karat brilyant qaşlar ilə, 18.00 qram çəkidə - 4400 (dörd min dörd yüz) AZN, “Paxlava” üzük zümrüd sirkon qaşlar ilə, 583 əyarlı, 8.00 qram çəkidə - 800 (səkkiz yüz) AZN, nişan üzüyü, 583 əyarlı, 1.00 karat brilyant qaşlar ilə, 9.00 qram çəkidə 1800 (bir min səkkiz yüz) AZN,”Tros” qolbağ, 583 əyarlı, 17.00 qram çəkidə -1700 (bir min yeddi yüz) AZN, “Tros” sep, 583 əyarlı, 40.00 qram çəkidə - 4000 (dörd min) AZN özünü, ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 12 700 (on iki min yeddi yüz) AZN ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçıya məxsus 40,00 qram çəkidə, 583 əyarlı olan “Tros” sep (dəyəri – 3200 manat), 17,00 qram çəkidə, 583 əyarlı olan “Tros” qolbaq (dəyəri – 1360 manat), 9,00 qram çəkidə, 583 əyarlı, ümumi 1,00 karat, brilyant qaşlar ilə nişan üzüyü (dəyəri – 720 manat), 8,00 qram çəkidə, 583 əyarlı, zümrüd sirkon qaşlar ilə “Paxlava” üzük (dəyəri – 640 manat) və 18,00 qram çəkidə, 583 əyarlı, ümumi 3,00 karat, brilyant qaşlar ilə “Fantaziya” dəsti (dəyəri – 1440 manat), özləri olmadıqda onların dəyəri cəmi 7360 manat məbləğində pul vəsaiti və 78 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-725/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikas MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Göründüyü kimi məhkəmə iddiaçıların tələbləri əsasında qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası İcra Haqqında qanununun: 14.1 İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. 14.2 Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Göründüyü kimi hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qərardadda göstərilmiş tələb tam aydındır, icra sənədində hər hansı bir qeyri-müəyyənlik və anlaşılmazlıq mövcud deyil. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)- 25/2023 nömrəli qərardadının icrasına izah verilməsinə dair Qəbələ rayon İcra və probasiya şöbəsinin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(025)-25/2023 nömrəli qərardadına izah verilməsindən imtina olunsun. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində QəbələRayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(025)-43/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-43/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver