Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-48/2024 29.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İcra məmuru X3 iştirakı ilə, Qəbələ rayon Məhkəməsinin 2(025)-182/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə tələbin borlunun əmlakına yönəldilməsi barədə Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İPŞ tərəfindən məhkəməyə təqdimat verilərək, Qəbələ rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(025)-182/2024 saylı icra sənədi üzrə tələbin Borclu məxsus olan «VAZ 21213» minik markalı, **-BK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə həmin avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru X4 təqdimatı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan Qəbələ rayon Məhkəməsinin 2(025)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 2656 manat borc və 50 manat dövlət rüsumu X1, Borclu və X2 tutularaq Tələbkar xeyrinə ödənməlidir. İcra işinin materiallarına əsasən müəyyən edilir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-182/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda ödənilmədiyindən məcburi icra tədbirlərinin görülməsinə başlanmış və Borclu adına «VAZ 21213» markalı, **-BK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeydiyyata alındığı aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbiri tətbiq oluna bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən icra sənədinin məhkəmə icraçısına təqdim olunması, məhkəmə icraçısı tərəfindən icraata başlamaq barədə qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburu icra tədbirinin tətbiq olunması üçün əsasdır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırımlış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-182/2024 saylı icra sənədi üzrə tələb Borclu məxsus olan «VAZ 21213» minik markalı, **-BK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hesabına ödənilməsi üzün sözü gedən nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalı, üzərinə həbs qoyulmuş əmlak obyekti açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait qeyd olunan icra sənədləri üzrə tələbin ödənilməsinə yönəldilməlidir. Qeyd olulnlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-182/2024 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün Borclu məxsus olan «VAZ 21213» minik markalı, **-BK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qəbələ Rayon Məhkəməsinin Hakimi : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №8(025)-48/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-48/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver