Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-55/2025 07.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, icra sənədi üzrə Tələbkar və Maraqlı şəxs icra məmuru X1 iştirakı ilə, Maraqlı şəxs «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/202 saylı icra sənədinə əsasən JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən Tələbkar istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına Borclu tərəfindən törədilən maneə aradan qaldırılmış; Borclu 100,0 manat dövlət rüsumu tutulub iddiaçı Tələbkar xeyrinə ödənilmiş; İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat Borclu müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilmişçdir. . Maraqlı şəxs «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı ilə Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2025 saylı icra sənədi üzrə icraata xitam verilmiş, qərar icra sənədinin tam olaraq icra olunması ilə əsaslandırılmışdır. İcra sənədi üzrə Tələbkar şikayət edərək həmin qərarın ləğv edilməsini və Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2024 saylı icra sənədi üzrə icraat tam şəkildə ödənilənədək icraatın davam etdirilməsini xahiş etmişdir. İcra sənədi üzrə Tələbkar izahatında göstərmişdir ki, icra nəticəsində JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneə aradan qaldırılmış, lakin torpaq sahəsi Borclu qanunsuz sahibliyindən azad edilməmiş və istifadəsinə törədilən maneçilik indiyədək aradan qaldırılmamışdır. Ona görə də, Maraqlı şəxs «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2024 saylı icra sənədininin tam şəkildə icrası təmin edilməlidir. İcra məmuru X2 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə tam şəkildə icra olunmuşdur. İcra AR İN ƏMDX 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və Qəbələ RPŞ əməkdaşlarının iştirakı ilə həyata keçirilmiş, icra yerində Tələbkar iştirak etmişdir. İcra nəticəsində JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən Tələbkar istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına Borclu tərəfindən törədilən maneə aradan qaldırılmış və akt tərtib edilərək tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. Ona görə də, Maraqlı şəxs «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə tələbkarı və icra məmurunu dinləyib icra işinin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2024 saylı icra sənədi AR İN ƏMDX 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin, Qəbələ RPŞ əməkdaşlarının və Tələbkar iştirakı ilə icra edilmiş, icra nəticəsində JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən Tələbkar istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneə aradan qaldırılmışdır. Borclu ölkə ərazisində olmadığından icra yerində iştirak etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. AR Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adımndan çıxarılır və onların icrası məcburidir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi .....Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2024 saylı icra sənədi üzrə təyin olunmuş icra yerində Borclu iştirak etmədiyindən JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən Tələbkar istifadəsinə Borclu tərəfindən törədilən maneənin aradan qaldırılması təmin edilməmiş və borcluya məsuliyyəti barədə izah edilərək izahatı alınmamışdır. Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2024 saylı icra sənədi üzrə aparılmış icra hərəkətləri natamam olduğundan Maraqlı şəxs «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2025 saylı icra sənədi üzrə tam şəkildə icra edilənədək icra tədbirləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizə təmin olunsun. Maraqlı şəxs «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)73/2025 saylı icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №8(025)-55/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-55/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver