Məhkəmə qərarları › İş №8(025)-61/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-61/2025

21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-61/2025 21.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Tələbkar, borclu Nümayəndə (eyni zamanda Borclu1 etibarnamə üzrə nümayəndəsi) və Maraqlı şəxs rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakları ilə Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin e-2(025)-716/2024 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru X3 Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “icra sənədinin icraatına xitam verilməsi haqqında ” 15 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********21-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Xırxatala kəndi ərazində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,72 ha yaşayış məntəqələri torpaq sahəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4138/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş faktiki iddiaçı Tələbkar istifadəsində olan, lakin cavabdehlərin mülkiyyətində olan 0,0563 ha torpaq sahəsi istisna olmaqla) onun və ailə üzvlərinin istifadəsinə, eyni zamanda onun mülkiyyətində apardığı tikinti işlərinə cavabdehlər tərəfindən törədilən manelərə son qoyulması və cavabdehlərin həmin torpaq sahəsinə girişinin qadağan edilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və iş icra olunması üçün Qəbələ rayon İcra şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra şöbəsinin əməkdaşları mübahisəli əraziyə gedərək ona məxsus torpaq sahəsini ayırdaraq ona göstərmişlər. Bununla bağlı akt tərtib edilmişdir. Cavabdehlər Borclu1 və Nümayəndə buna baxmayaraq yenə də öz hərəkətlərinə davam edirlər. Onun öz torpaq sahəsindən istifadəsinə maneəçilik törədirlər. Həmin torpaq sahəsinin kənarlarını bağlamaq istəsə də, buna icazə vermirlər. Basdırdığı dirəkləri çıxararaq yerə atırlar. Hal-hazırda ot çalımı vaxtı olsa da, mülkiyyətində olan torpaq sahəsinin ot çalımına da icazə vermirlər. Yəni, icra sənədinin xitam verilməsinə əsas olan aradan qalxmamışdır. Cavabdehlər Borclu1 və Nümayəndə ona maneələr törətməkdə davam edir. Cavabdehlərin bu hərəkətləri ilə bağlı Qəbələ rayon Polis şöbəsinə və Qəbələ rayon prokurorluğuna rəsmi müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Daha sonra Qəbələ rayon İcra şöbəsinə müraciət etdikdə isə xitam qərarından şikayətlə məhkəməyə müraciət etməli olduğumu bildirmişlər. Buna görə də, hesab edir ki, “icra sənədinin icraatına xitam verilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərar ləğv edilməli və icra olunması üçün yenidən Maraqlı şəxsnə göndərilməlidir. Məhkəmə iclasında Tələbkar şikayətdə göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini icra etmək üçün mübahisəli əraziyə getmişlər. Mübahisəli ərazidə mütəxəssislər də iştirak etmiş və iddiaçının və cavabdehlərin əraziləri tanıdılaraq özlərinə təhvil verilmişdir. Lakin cavabdehlər orda da məhkəmə qərarı ilə razı olmadıqlarını bildirmişlər və akta da qol çəkilməsinə etiraz etmişlər. Şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında borclu Nümayəndə (eyni zamanda Borclu1 etibarnamə üzrə nümayəndəsi) şikayət ərizəsinə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, Tələbkar şikayət ərizəsi həqiqətə uyğun deyil. Həmin şikayət qərəzli və böhtandır. Belə ki, onun etdiyi şikayətdə göstərilən torpaq sahəsi ona yox, Cığatelli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Onun ərizədə yazdığı şikayət və orada onun qaldırdığı torpaq sahəsi 1,72 ha halhazırda torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi başqa yerdə olmaqla mütəxəssislər tərəfindən tam aydınlaşdırılmışdır. Ərizədə göstərilən ikinci yalan və böhtan xaraktetli olması basdırılmış dirəklərin sökülməsidir ki, bu da yalan və qərəzlidir. Həmin dirəklər hara basdırılıbsa orada da dayanmış və onlara heç bir müdaxilə olunmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X5 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində icra sənədinə xitam verilməsinin əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-ci maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-ci maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Şikayətə əlavə olunmuş Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən qəbul olunmuş 15 fevral 2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icraatına xitam verilməsinə əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görməmişdir. Belə ki, işdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi tam icra olunmamışdır. Tələbkar Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxsnə ərizə versə də, borclular Nümayəndə və Borclu1 yenidən tələbkara maneələr törətməkdə davam etmiş, nəticədə icra sənədi icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru da göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı mübahisəli əraziyə gedən zaman cavabdehlər məhkəmə qərarı ilə razı olmadıqlarını göstərmişlər və aktda da qol çəkməmişlər. Bu hal da onu göstərir ki, cavabdehlər tələbkara maneə törətməkdə davam edirlər. Sadalanan hallardan da müəyyən olunur ki, hazırda icra sənədinin icrasından söhbət gedə bilməz, icra sənədi üzrə icraat davam etdirilməlidir. Bununla da tam icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən haqlı şikayətinə səbəb olmuşdur. Məhkəmə belə hesab edir ki, Tələbkar Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin e-2(025)-716/2024 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarının ləğv olmasına dair şikayəti əsaslıdır və qeyd edilən qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru Təbiyyət Həsənquliyevin 15 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar