Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-71/2023 05.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-450/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli icra sənədi üzrə borclul Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Qəbələ rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Təbiyyət Həsənquliyevin təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyev məhkəməyə təqdimatla müraciət edib, Qəbələ Rayon Məhkəməsinin 2(025)-450/2018 nömrəli, 09 fevral 2018-cı il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “VAZ-21070” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Təbiyyət Həsənquliyev təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-450/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 müştərək qaydada 1534,4 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-cü il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra hərəkətləri zamanı Borclu məxsus “VAZ- 21070” markalı, **-BD-*** dövlət qeydiyat nişanlı minik avtomobilin olduğu aşkar edilmiş və həmin avtomobilin üzərinə Qəbələ rayon Məhkəməsinin 8(025)-142/18 saylı, xx.xx.2018-ci il qərardadı ilə həbs qoyulmuşdur və müvafiq qeydlərin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə və X3-İmtahan və X5 göndərilmişdir. İcra işi üzrə tələbkar BOKT "xxxx" ASC şöbəyə müraciət edərək icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmiş və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus “VAZ- 21070” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməsinə dair məsələyə baxmağı xahiş etmişdir. Təqdimatın baxılma yeri və vaxtı haqqında icra məmuruna, tələbkar və borclulara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Odur ki, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimat üzrə işin hallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 450/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 1534.4 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra işindəki sənədlərlə müəyyən olunur ki, borclular könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasını təmin etmədikləri üçün onların əmlak vəziyyəti yoxlanılmış və yoxlama nəticəsində Borclu adına “VAZ-21070” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. Təqdimata əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 8(025)-142/2018 saylı, xx.xx.2018ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “VAZ-21070” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması və Qəbələ Rayon Məhkəməsinin 2(025)-450/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli icra sənədi üzrə tələbin həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş "xxxx"-in Qəbələ rayonu İcra və probasiya şöbəsinə ünvanladığı məktubdan görünür ki, cavabdehlər Borclu və X2 ilə hissə-hissə ödəmək şərti ilə razılıq olmuşdur. Odur ki, Qəbələ rayon məhkəməsinin 2(025)-450/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini Azərbaycan Respublikası icra haqqında qanunun 23.1.1 maddəsinə əsasən geri qaytarılması xahiş edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Qəbələ Rayon Məhkəməsinin 8(025)-142/2018 nömrəli, 20 iyul 2018-cı il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ-21070” minik markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuş, tələbkar və borclular arasında müvafiq razılıq əldə olunmuş və hal-hazırda tələbkar tərəfindən icra sənədini geri qaytarılması xahiş edilmişdir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 8(025)-142/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ-21070” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 8(025)-142/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ-21070” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №8(025)-71/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-71/2023
05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver