Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-73/2024 22.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X4, Maraqlı şəxs icra məmuru X1 və Tələbkar iştirakları ilə Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinə izah verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin rəisi Seymur Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli məhkəmə qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, JN- 148A, JN-148B, JN-148G və JN-148F, kodları 40600068 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və JN - 0148, kod 40600068 olan Dövlət Aktının ona dair hissədə ona, yəni Tələbkar məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Qəbələ rayon AlK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN - 148A nömrəli, JN - 148B nömrəli, JN - 148F nömrəli və JN - 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin; Qəbələ rayon AlK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN - 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Tələbkar aid hissədə Tələbkar məxsus olması hüquqi faktı müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsi Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi"-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat üçün daxil olmuşdur. İddiaçınının müraciəti əsasında iddia etdiyi JN - 148A nömrəli, JN - 148B nömrəli, JN - 148F nömrəli və JN - 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələri və JN - 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında iddiaçı Tələbkar adı qeyd edilməmişdir. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)- 512/2024 nömrəli qətnaməsinin nəticə hissəsində də həmin məsələyə tam aydınlıq gətirilməmişdir ki, JN - 148A nömrəli, JN - 148B nömrəli, JN - 148F nömrəli və JN - 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN - 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının subyektlər siyahısında adı qeyd edilən X3 olaraq yazılmışdır, məhz X5 adının əvəzinə iddiaçı Tələbkar adı yazılmalı idi. Eyi zamanda onada aydınlıq gətirilməsini istəyirlər ki,Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinin “qət etdi” hissəsində Qəbələ rayon AlK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN - 148A nömrəli, JN - 148B nömrəli, JN - 148F nömrəli və JN - 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin; Qəbələ rayon AlK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN - 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Tələbkar qízına aid hissədə Tələbkar məxsus olması hüquqi faktı müəyyən edilsin qət edilmişdir. Sözügedən şəhadətnamələrdə və dövlət aktında Tələbkar adı olmadığı halda məhkəmə Tələbkar aid hissədə Tələbkar məxsus olması hüquqi faktı müəyyən edir. Qeyd olunan səbəblərə görə, Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinin qət etdi hissəsinə müvafiq şərh verilməsini xahiş edirlər. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X12 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X2 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İş materiallarından müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinə əsasən, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin; Qəbələ rayon AİK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Tələbkar aid hissədə Tələbkar məxsus olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində düzgün olaraq göstərilmişdir ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, eyni zamanda Qəbələ rayon AİK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçi Tələbkar soyadı “Alxasova” əvəzinə səhvən “Alxasov”, adı “Ceyran” əvəzinə səhvən “Ceyhun”, ata adı “Ağalar” əvəzinə səhvən “Ağamir” kimi yazılmışdır. Lakin Tələbkar aid doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adı Tələbkar kimi göstərilmişdir. Lakin qətnamənin “nəticə” hissəsində JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin, JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Tələbkar aid hissədə Tələbkar məxsus olması hüquqi faktının müəyyən edilməsi formasında yazılması Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinin icra edilməsində çətinliklər törədir. Məhkəmə belə qənaətə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinin nəticə, yəni “qət etdi” hissəsi “JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin, JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X8 aid hissədə Tələbkar məxsus olması hüquqi faktı müəyyən edilsin” kimi başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinə izah verilsin. Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(025)-512/2024 nömrəli qətnaməsinin nəticə, yəni “qət etdi” hissəsi “JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin, JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X8 aid hissədə Tələbkar məxsus olması hüquqi faktı müəyyən edilsin” kimi oxunmalı olması izah edilsin. Qətnamənin nəticəvi hissəsi aşağıdaki kimi oxunsun: “Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin; Qəbələ rayon AİK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X5, X6, X7 və X11 adına verilmiş JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X8 aid hissədə Tələbkar məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(025)-73/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-73/2024
22.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver