Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-76/2023 21.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Təqdimat müəllifi Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu T.A.Həsənquliyevin Qəbələ Rayon Məhkəməsinin 2(025)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-ci il tarixdə anadan olmuş və Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olan və yaşayan Borclu 2018-ci il mayın 29-dan başlayaraq uşaqları Samirə və Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Maraqlı şəxsnə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun 13512 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru, İdərəcəli ədliyyə qulluqçusu X3 təqdimatı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 2(025)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 2018-ci il mayın 29-dan başlayaraq uşaqları Samirə və Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, icra məmuru borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi üçün bütün zəruri tədbirləri görmüş, lakin borclunun hər hansı bir daşınar və daşınmaz əmlakı, bank hesabı və ya digər gəliri müəyyən edilməmişdir. Təqdimata əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 212460/2023-5 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə icra işini və təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə Borclu müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı sayıb, təqdimatın təmin olunması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti, qətnamə icra olunana qədər məhdudlaşdırılsın. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(025)-76/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-76/2023
21.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver