Məhkəmə qərarları › İş №8(025)-77/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-77/2025

23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-77/2025 23.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Borclu iştirakı ilə, icra sənədi üzrə icraatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İPŞ-nin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəməyə müraciət edib Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İPŞ-nin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədinə əsasən cavabdehlər Borclu, X6 və X4 müştərək qaydada 9881,78 (doqquz min səkkiz yüz səksən bir manat yetmiş səkkiz qəpik) manat əsas borc, 665,10 (altı yüz altmış beş manat on qəpik) manat faiz borcu, 11,75 (on bir manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 10558,63 (on min beş yüz əlli səkkiz manat altmış üç qəpik) manat borc və 142,58 (bir yüz qırx iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və və bu barədə qərar qəbul edilərək tələbin könüllü şəkildə ödənilməsi haqqında bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu Qəbələ rayonu, Tikanlı kəndinə göndərilmişdir. Borclu həmin sənədləri almasına baxmayaraq icra sənədi üzrə tələbi könüllü qaydada ödəmədiyi üçün məcburi icra tədbirləri başlanmış, lakin tələb yönələ bilən nağd pul vəsaiti, qiymətli əmlakı və gəlirləri aşkar edilməmiş və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimat vermişdir. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, maddi vəziyyəti yaxşı deil, hal-hazırda işsizdir və borcunu ödəyəcək. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədinə əsasən cavabdehlər Borclu, X6 və X4 müştərək qaydada 9881,78 (doqquz min səkkiz yüz səksən bir manat yetmiş səkkiz qəpik) manat əsas borc, 665,10 (altı yüz altmış beş manat on qəpik) manat faiz borcu, 11,75 (on bir manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 10558,63 (on min beş yüz əlli səkkiz manat altmış üç qəpik) manat borc və 142,58 (bir yüz qırx iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədi üzrə icraat başlanmış və Borclu icranı dərhal könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan Qəbələ rayon İPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e77622/2025-11-5-003 saylı Bildirişin surətinə əsasən Borclu Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)- 39/2025 saylı icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən ödənilməməsinə görə məsuliyyəti barədə izah edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məlumata əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Məcəllənin 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədi hər hansı üzürlü səbəb bildirilməyərək indiyədək icra olunmadığından Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb tamamilə ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-39/2025 saylı icra sənədi üzrə borclu – xx.xx.1995-ci il tarixdə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Tikanlı kəndində yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb tamamilə ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar