Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-78/2025 02.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, icra sənədi üzrə icraatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İPŞ-nin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəməyə müraciət edib Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1487/2024 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İPŞ-nin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1487/2024 saylı icra sənədinə əsasən X4 ilə Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3460/2023 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş, cavabdeh Borclu xx.xx.2023-cü il tarixli, 3460/2023 nömrəli alqısatqı müqaviləsinə əsasən 685 manat əsas borc, 7 manat cərimə borcu olmaqla, ümumilikdə 692 (altı yüz doxsan iki) manat borc və 30 manat dövlət rüsumu Tələbkar MMC-nin hesabına keçirilməlidir. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və tələbi könüllü qaydada icra etməkdən ötrü borclu X2 bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü qaydada ödəmədiyi üçün məcburi icra tədbirləri başlanmış, lakin tələb yönələ bilən nağd pul vəsaiti, qiymətli əmlakı və gəlirləri aşkar edilməmiş və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimat vermişdir. Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla tanış olmuş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(025)-1487/2024 saylı icra sənədi üzrə tələbi tam şəkildə ödəmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1487/2024 saylı icra sənədinə əsasən X4 ilə Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3460/2023 nömrəli alqısatqı müqaviləsi ləğv edilmiş, cavabdeh Borclu xx.xx.2023-cü il tarixli, 3460/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən 685 manat əsas borc, 7 manat cərimə borcu olmaqla, ümumilikdə 692 (altı yüz doxsan iki) manat borc və 30 manat dövlət rüsumu Tələbkar MMC-nin hesabına keçirilməlidir. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1487/2024 saylı icra sənədi üzrə icraat başlanmış və Borclu icranı dərhal könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e379874/2024-11-6 saylı məlumata əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1487/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. İşdə olan Qəbələ rayon icra və probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-35-58/2-47675/2025 saylı Arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1487/2024-cü il tarixli icra sənədi üzrə Borclu Tələbkar MMC-yə olan borcunu tam şəkildə ödəmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Məcəllənin 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)- 1487/2024 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsas artıq aradan qalxdığı üçün təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №8(025)-78/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-78/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver